"Susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!" - Türkiyə MN

"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib".

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb.
"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir", - vurğulanıb.

Bir başqa paylaşımda Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub: "Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".

635x100

Şərhlər

t.ədalət 2020-10-17 22:46:48

Sağ ol, Türkiyə! Biz, üç yüz ildir ki, Rusiyanın bu və ya digər adlar altında törətdiyi qətllərin və soyqırımların qurbanına çevrilmişik.Rusiya hər əsrdə yeni bir formada bizi məhv edir, faciələrə düçar edir.Rusiya rus dilində təhsil verdiyi,danışdırdığı casusların əli ilə başımıza olmazın dərdlərini gətirir....Türkiyə ilə Rusiya arasında bağlanmış "Kiçik qaynarca" sülh müqaviləsindən sonra Qafqazda Azərbaycanın haqqı tapdanır.Nə yaxşı ki Sayın Ərdoğan bizim dərdlərimizə çarə aradı,bizə qahmar çıxdı!Yoxsa,Rusiya bizi axırıncı adamımıza qədər məhv edəcəkdi.Dağlıq Qarabağ münaqişəsi,əslində Rusiyanın yaratdığı,Azərbaycanı xəritədən silmək üçün qurduğu bir plandır.Bizə sahib çıxdığınız,bizi savunduğunuz üçün həmişə Türkiyəyə,Sayın Ərdoğana minnətdar olacağıq!Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Son yazılar