"SUSMAYACAĞIQ, DAYANMAYACAĞIQ!" - "Həmsədr ölkələr Ermənistana hər cür silah dəstəyi verirlər"+ VİDEO

“Azərbaycanlı qardşlarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq, zülm harda varsa, ona qarşıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şırnak vilayətində keçirilən konqresdəki çıxışında bildirib.

Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir atəşkəsin elan olunduğunu xatırladaraq, qeyd edib ki, Ermənistan bir daha təxribata yol verib və atəşkəsi pozub: “Bu gecə atəşkəs elan edildi, amma Ermənistan yenə atəşkəsi pozdu. Bütün bu həqiqətlər ortada ikən Qərb səs çıxarırmı? Çıxarmır. Türkiyənin səsi çıxınca isə, qınanırırq. Susmayacağıq, dayanmayacağıq”.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycanın haqlı mübarizəsində qələbə çalacağına inanır: “Nə deyirlər? Minsk qrupu. Kimdir Minsk qrupu həmsdrləri? Amerika, Fransa, Rusiya. Bəs bunlar kimin yanında yer aldılar? Ermənistanın yanında oldular. Bunlar Ermənistana hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanınlı qardaşlarımız canları bahasına mübarizə aparırlar. 30 ildir ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib, qardaşlarımızın torpaqlarını geri almasına imkan yaratmadılar. İndi Azərbaycan işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər? Allah yar və yardımçıları olsun!  İnanıram ki, işğal olunmuş torpaqları ermənilərdən alacaqlar və xilas edəcəklər! Rəbbim onlara kömək etsin. İnanırıq ki, onlar bu haqlı mübarizələrində qalib olacaqlar və bunu sidq-ürəklə diləyirik!”

635x100

Şərhlər

Rasim 2020-10-18 18:38:39

Allah türkü qorusun!Allah Türkiyə və Azərbaycanı firavan,abad etsin İnşallah!

Son yazılar