Menu

"Ermənistan Rusiyanı müharibəyə qoşmaq istəyir" - Deputat Etibar Əliyev

19.10.2020, 12:09
"Ermənistan Rusiyanı müharibəyə qoşmaq istəyir" - Deputat Etibar Əliyev

Oktyabrın 10-da əldə olunan atəşkəs razılaşmasına Ermənistan əməl etmədi. Ordumuz tərəfindən azad olunan əraziləri yenidən işğal etmək məqsədilə uğursuz cəhdlər göstərməklə yanaşı Gəncə, Mingəçevir və s. Azərbaycan şəhərlərini ballistik raketlər atdı. Nəticədə böyük dağıntı və kütləvi insan təlafatı baş verdi.

Oktyabrın 18-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkidi lə imzalanan növbəti humanitar atəşkəsə də düşmən əməl etmir. Dünən səhər saatlarından etibarən cəbhəyanı kəndlər artilleriyadan atəşə tutulub. Xızı rayonuna atılan raket isə Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havada zərərsizləşdirilib. Azərbaycan Ordusunun cavab tədbirləri zamanı işğalda olan xeyli sayda yaşayış məntəqləri azad edilib.

Cəbhədə məğlub olan, böyük sayda canlı qüvvə və texnika itirən Ermənistan atəşkəs razılaşmasına niyəəməl etmək istəmir?

Deputat Etibar Əliyev də “Turan” agentliyinə deyib ki, Ermənistanın oktyabrın 10-da Moskvada humanitar atəşkəs haqqında bəyanatı imzalamaqda məqsədi heç də atəşkəsə əməl etmək olmayıb. Onun fikrincə, Ermənistan rəhbərliyi nə yolla olursa-olsun Rusiyanı bu müharibəyə qoşmaq istəyir.

Deputat vurğulayıb ki, onların hərbi əməliyyatlar gedən zonadan uzaqda yerləşən şəhər və rayonalara raketlər atmaqda məqsədləri Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik etməkdi. Bununla da üçüncü tərəfi öz xeyrlərinə əməliyyatlara cəlb etməyə cəhd göstərirlər.

E.Əliyev qeyd edib ki, döyüş meydanında Azərbaycana məğlub olan Ermənistan dinc mülki əhalini atəşə tutmaqla bunun heyifini çıxdığını nümayiş etdirmək istəyir: “Amma Ermənistan bilməlidir ki, bu müharibə cinayətidir. Buna görə beynəlxalq tribunala verilə bilər və yəqin ki, bu da olacaq”.

AzPolitika.info

Şərhlər

t.ədalət 2020-10-19 14:59:16

Risoua üç yüz ildor ki,bizimlə müharobə aparır.ermənistan əlcək rolu oynayır.Bizim ən böyük düşmənlərimiz Rusiya və fetoçulardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol