"KTMT-yə ÜZV ÖLKƏLƏRİN BELƏ ÖHDƏLİYİ DƏ VAR..." - Hikmət Hacıyev açıqladı

“Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını təşkil edən müqaviləyə əsasən üzv ölkələr başqa ölkələrə güc tətbiq etməkdən və hədələməkdən çəkinməlidirlər. KTMT-yə üzv ölkələrin qarşısında belə bir öhdəlik var və bu, təşkilatın nizamnaməsində öz əksini tapıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəticədə belə hasil olur ki, Ermənistan təşkilatdan sui-istifadə edərək KTMT-yə üzv ölkələrə potensial təhlükədə yaratmaqla, öz ərazisindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlar həyata keçirir.

H. Hacıyev qeyd edib ki, nəticə etibarı ilə Ermənistan KTMT-ni münaqişəyə cəlb etmək istəyir: “Biz bunu hərbi-siyasi təxribat kimi qiymətləndiririk. Ermənistandan başqa, bizim təşkilata üzv olan digər dövlətlərlə dostluq, tərəfdaşlıq münasibətlərimiz var. Biz ikitərəfli münasibətlərimizdən istifadə edərək təşkilata üzv ölkələri Ermənistanın hücumları ilə bağlı məlumatlandırırıq. Azərbaycan bu təşkilatın üzvü deyil və təşkilat qarşısında hər hansı öhdəliyi yoxdur”.

635x100

Şərhlər

Əyyar 2020-10-20 18:42:34

BMT o dörd qətnaməni də elə "xala xətrin qalmasın" qəbul etmişdi. Yəni erməniyə də işarə vurmuşdu ki, biz bunu formal yazırıq, sən işində ol... Day bədbaxt BMT hardan biləydi ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı bir gün kağız üstündə olan haqqını silah gücünə ala bilər. İndi onlar Ceyhun Bayramovu Vaşinqtona çağırmaqla o zaman qəbul etdikləri qətnamələrin peşimançılığını çəkirlər.

Əyyar 2020-10-20 17:49:05

Seyid Ənhu 2020-10-19 20:34:38

Mən bu məsələ barədə yazmışdım. Axır ki, gündəmə gəldi. Bu o deməkdir ki, ermənistan quru yurdda təm-tək qalacaq.Ermənistana hərbi müdaxilə müdaxilə etsək də belə heç kim bu pasyolkanın bağırtısına hay verməyəcək və onlar bağıra-bağıra qırılacaqlar. Sən nə qüdrətli imişsən AZƏRBAYCAN!

Son yazılar