“Əvvəlcə onu deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə xalqının Azərbaycan xalqına salamını gətirmişəm”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə parlamentinin üzvlərinin hər biri bugünkü iclasda iştirak etmək istəyir:
“İnşallah biz birlikdə belə bir iclası birlikdə Qarabağda keçirək”.


Şərhlər
Nə yaxşı ki Türkiyə,Sayın Ərdoğan var,yoxsa Rusiya bizi yavaş-yavaş Xəzər dənizində göməcəkdi.Xilasımızın davamı Respubvlikamızı ələ keçirmiş Putinçilər və "erməni uşaqları"ndan qurtulmaqdır.İş elə gətirmişdi ki,hətta Müd.nazirliyində arvadı,anası və qaynanası erməni olan idarə rəisləri var idi.Onların hamısına general rütbəsi verilmişdi.(Natiq Əliyev,Eyvazov və b.)Vətəni sevən,onun üçün həyatını qurban verməyə hazır olanlar isə nazirlikdə təqib olunur,xidmətdən qovulurdu.Bütün bunlar hüququ cəhətdən araşdırılmalı,cinayətkar dəstə cəzalandırılmalıdır.İşğal müddətinin bu qədər uzanmasının səbəbi elə həmin rus casuslarının hesabına idi.Vəzifələr Vətənimizə Rusiyanın gözü ilə baxanlara həvalə olunmuşdu.