Menu

"Zəfərə qədər Azərbaycanın yanında olacağıq" - Mustafa Şentop

20.10.2020, 11:57
"Zəfərə qədər Azərbaycanın yanında olacağıq" - Mustafa Şentop

“Dünya, bəşəriyyət yeni dəyişikliklər axtarışındadır. İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması lazımdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanı zəfərədək dəstəkləyəcək:

“Ancaq bilsinlər ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Şərhlər

Seyid Ənhu 2020-10-20 13:59:20

DÜNYANINƏN BÖYÜK ÖLKƏRİ BELƏ ÖZ CILIZ MARAQLARI İÇİNDƏ BOĞULUR. TƏK BİR TÜRKİYƏDİR Kİ, BƏŞƏRİYYƏTİN TALEYİNİ DÜŞÜNÜR. O ADDIM-ADDIM DÜNYANIN PAYTAXTINA ÇEVRİLİR.

t.ədalət 2020-10-20 12:13:54

Sizi Allah daima var eləsin!Sizin varlığınız əsrlərdən bəri Azərbaycanı qətllər və qətliamlar poliqonuna çevirən Rusiya mifini də sarsıtdı.İndi bizdə "çörəyini rus dilində danışmaqla qazanan" adamlar da sarsılır.Fitnə,intiriqa və adamlar arasında ayrı-seçkilik salmaqla məşğul olan rusistlərin tezliklə məhşəri başlayacaq.Sahiblərini itirəcəklərindən qorxan "beşinci kolon" və "QRU" agentləri kor yarasalar kimi vurnuxurlar..Casus şəbəkəsinin əksəriyyəti QHT pulları hesabına yaşayır və əleyhimizə işləyirlər.Elə "Avrasiya beynəlxalq mətbuat fondu" kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol