Menu

Lavrov Türkiyəni HƏDƏLƏDİ

10.10.2014, 15:20
Lavrov Türkiyəni HƏDƏLƏDİ

Türkiyənin Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi şərti ilə İŞİD-ə qarşı əməliyyatlart keçirəcəyi qərarına Rusiyadan sərt reaksiya gəlib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı atacağı addımlara münasibət bildirib:

“Terrorla mübarizəni bəhanə edib, Suriyadakı rejimi dəyişdirmək niyyətləri Rusiya tərəfindən qəbul edilməzdir. Biz bunu təəssüflə qarşılayırıq”.

Bildirək ki, oktyabrın 2-də Türkiyə parlamenti hökumətin orduya ölkə xaricində hərbi əməliyyatlar keçirmək hüququ tanıyan qanun layihəsini qəbul edib. Bununla da, Türkiyə İŞİD-ə qarşı mübarizədə Suriya və İraqda hərbi əməliyyatlar apara biləcək. Hələlik isə, Türkiyə ölkə xaricində əməliyyatlara başlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol