ZƏNGİLAN ŞƏHƏRİ VƏ DAHA 24 KƏND İŞĞALDAN AZAD OLUNDU! - Prezident xalqa müraciətində elan etdi + VİDEO (Yenilənib)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciət edib.

Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib ki,. Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edib.

İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib.

Füzuli rayonunun altı kəndi, Cəbrayıl rayonunun yeddi, Xocavənd rayonunun beş, Zəngilan rayonunun altı kəndi və Zəngilan şəhəri işğaldan azad olunub.


Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram” - deyə, İlham Əliyev bildirib.

“Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”, - ölkə başçısı vurğulayıb.

Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır: "Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq".

Prezident qeyd edib ki, eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhə boyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır.

“Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün mülki əhaliyə qarşı cinayət törədir, bütün dünyanın gözü qarşısında və bütün dünya görür ki, Azərbaycan öz doğma torpaqlarını hansı mənfur, vəhşi düşməndən azad edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

"Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya gələn hər bir azərbaycanlı bu torpaqlara qayıtmağı arzu edir”.-  deyə İlham Əliyev bildirib.

Prezident bildirib ki, gənclərimizin hər biri işğaldan azad olunan torpaqlara qayıtmaq istəyir: “Gənclərimiz öz dədə-baba torpaqlarına qayıdıb, oraya yeni həyat gətirəcəklər. Mənfur düşmənin dağıtdığı mədəniyyətimizi, məscidlərimizi, yaşayış binalarımızı bərpa edəcəyik”.

“Cocuq Mərcanlıya qayıdış zamanı mən xalqımızın vətən sevgisini gördüm. Gün gələcək, Cocuq Mərcanlı kimi bütün kəndlərimizi, şəhərlərimizi bərpa edəcəyik.

Biz böyük qayıdışın astanasındayıq. Azərbaycan dövləti xalqın əmin-amanlıq şəraitində yaşaması üçün əlindən gələni edəcək”, - deyə Prezident İlham Əliyev qeyd edib.

“Bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm. Bütün verilmiş vədlərə sadiqəm” - deyə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

“Mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ, mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir. Bu gün biz bunu edirik. Döyüş meydanında 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq vaxt uzadırdılar. Bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar”, - deyə Prezident əlavə edib.

Prezidenti İlham Əliyev bildirib ki, heç kim qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb: "İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanıtsınlar. Ağıllarını itiriblər. Başa düşmürlər ki, heç kim bunu etməyəcək. Başa düşmürlər ki, bunu edən hər bir ölkə Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik”.

“Onlar ağıllarını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və

düz də etmişik. 30 ilə yaxındır gözləmişik”, - Prezident vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır: Bu gün özünü düşük kimi aparan Ermənistan rəhbərliyi gecə-gündüz təşkilatlara bəyanat göstərir.

Onlar hər bir ifadəyə layiqdir. Onlar beynəlxalq təşkilatlara yazır ki, niyə səsinizi çıxarmırsınız? Necə səslərini çıxara bilərlər? Onlar bu qətnamələri artıq qəbul ediblər.

Azərbaycan isə döyüş əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır”.

"Ermənistan rəsmi nümayəndələri yalanlarından əl çəkməyərək Gəncənin bombalanması ilə bağlı rəsmi bəyanat verib ki, Gəncəni onlar bombalamayıb"  - deyə İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib.

O bildirib ki, Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat: “Vaxtilə Xocalı soyqrımı ilə bağlı yalan məlumatlar verdikləri kimi, bu gün də Gəncənin raket atəşinə tutması ilə bağlı yalan bəyanatlar verirlər. Baxın bu ballistik raketin start nöqtəsi və atış istiqaməti izlənilir. Hardan atılır və hara dəyib. O təsadüfən yaşayış massivinə düşməyib. Amma onlar ağıllarını itiriblər və dünyanı aldatmağa çalşırlar. Bəs Gəncəyə bu raketi kim atıb? Biz atmışıq? Bütün müsahibələrində yalan danışaları biz sona qədər iti qovan kimi qovacayıq”


635x100

Şərhlər

Gülnar cebiyeva 2020-10-21 13:53:16

Yaşasın güclü ordumuz yasasın cənab prezidentimiz

omar 2020-10-20 19:44:13

Yaşa Prezident,şanlı Ordumuzla tarix yazırsan.

Şaiq 2020-10-20 16:09:58

Yaşa, Yaşa, Yaşa Şanlı ORDUM. Eşq olsun SİZLƏRƏ.....

Orxan 2020-10-20 15:51:36

Allah sizi ve Azərbaycan əskərini qorusun, var olun Ali Baş Komandan

t.ədalət 2020-10-20 15:38:35

Biz Xankəndinin azad ediləcəyi günü gözləyirik.Rusiyanın tələb etdiyi muxtariyyat söhbətini bitirmək üçün Xankəndi işğaldan azad edilməlidir.

Elton 2020-10-20 15:34:46

Yaşasın Azərbaycan əsgəri. var olsun komandanımız.

Cəmşid Dərələyəzli 2020-10-20 15:29:04

Qazamız mübarək olsun cənab Prezident. Biz tezliklə erməni töt-töküntülərinin Gorusun qıyında aşağı süpürülüb atılacağının şahidi olacağıq. Allah Sizi və müzaffar ordumuzu qorusun. İreli, yeddidən yetmişə arxanızdayıq, əmrinizdəyik.

Son yazılar