"Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır” - "Onlarda nə ağıl var, nə mənəviyyat”"

“Bu gün özünü düşük kimi aparan Ermənistan rəhbərliyi gecə-gündüz təşkilatlara bəyanat göstərir”.

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciəti zamanı deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır: “Onlar hər bir ifadəyə layiqdir. Onlar beynəlxalq təşkilatlara yazır ki, niyə səsinizi çıxarmırsınız? Necə səslərini çıxara bilərlər? Onlar bu qətnamələri artıq qəbul ediblər.

Azərbaycan isə döyüş əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan rəsmi nümayəndələri yalanlarından əl çəkməyərək Gəncənin bombalanması ilə bağlı rəsmi bəyanat verib ki, Gəncəni onlar bombalamayıb.

O bildirib ki, Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat: “Vaxtilə Xocalı soyqrımı ilə bağlı yalan məlumatlar verdikləri kimi, bu gün də Gəncənin raket atəşinə tutması ilə bağlı yalan bəyanatlar verirlər. Baxın bu ballistik raketin start nöqtəsi və atış istiqaməti izlənilir. Hardan atılır və hara dəyib. O təsadüfən yaşayış massivinə düşməyib. Amma onlar ağıllarını itiriblər və dünyanı aldatmağa çalışırlar. Bəs Gəncəyə bu raketi kim atıb? Biz atmışıq? Bütün müsahibələrində yalan danışanları biz sona qədər iti qovan kimi qovacağıq”

635x100

Şərhlər

Muzeffər 2020-10-20 21:13:34

Zəngə Zaur ,Basarkeçər və Göyçə mahalina da onla muxtariyyət verməlidirlər Biz bütünlüklə Prezidentimizin İlham Heydər oglunun yanındayıq və kurəyimizi siphər edərik bütün dünya bilsin və agah olsun var olun

Son yazılar