İRƏVANIN XUDAFƏRİN YALANI İFŞA EDİLDİ - Qondarma rejim ordumuzun Laçın ərazisində olduğunu deyir...

Azərbaycan ordusunun cəbhədə qazandığı şanlı qələbələrlə bağlı susmağa üstünlük verən erməni təbliğatı bu dəfə təkcə yalan yox, həm də ziddiyyətli məlumatlar yaymağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlı qondarma rejimin rəhbəri Araik Arutunyanın yayımladığı məlumatla Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanın yalanları ifşa olunub.

Belə ki, Ş.Stepanyan guya Azərbaycan hərbi birləşmələrinin Xudafərin körpüsü istiqamətində geri çəkildiyi və guya onlara “cəhənnəm yaşadıldığını” iddia edib.

Bunun ağ yalan olduğunu ilk olaraq, Azərbaycan Prezidentinin Zəngilanın işğaldan azad edilməsinə dair bəyanatı və Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığına dair videogörüntülər sübut edir. Qeyd edək ki, Xüdafərin körpüsündən Zəngilan şəhərinə qədər 20 kilometrədək məsafə var. Bu zaman sual yaranır ki, Zəngilana gedib çatan Azərbaycan ordusu Xudafərində necə geri çəkilə bilər?

Digər tərəfdən Ş.Stepanyanın yaydığı yalan məlumatı qondarma rejimin başçısının açıqlaması da təkzib edir. Belə ki, A.Arutunyan cəbhədə, xüsusilə də Qubadlının Xanlıq kəndi istiqamətində, həmçinin Laçın rayonu ərazisində ermənilərin Kovsakan və Micnavan adlandırdıqları məntəqlərdə qızğın döyüşlər getdiyini bildirib.

Sonuncu kənd Azərbaycan-Ermənistan sərhədinin tam yaxınlığındadır. Belə olan halda Azərbaycan ordusunun Xudafərində geri çəkilməsi necə mümkündür görəsən?

Görünndüyü kimi, bununla da qondarma rejim rəhbərliyi Azərbaycan ordusunun Zəngilanı azad etməsi və Laçın istiqamətində döyüşlərin getdiyini etiraf etdiyi halda, Ş.Stepanyan öz xəyalında Azərbaycan ordusunu onlarla kilometr geriyə qaytarıb...

Bu qeyd edilənlər göstərir ki, Ermənistan və qondarma rejim rəhbərlikləri arasında nə normal məlumat mübadiləsi, nə də heç olmasa yalanları uyğunlaşdırmaq sarıdan belə uzlaşma mövcud deyil. Bu isə düşmənin tam dağınıq və başıpozuq durumda olmasının növbəti göstəricisidir.

Cəlal

AzPolitika.info”   

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar