Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.
Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.
“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - Rusiya XİN-in bəyanatında deyilir.


Şərhlər
bu kərtənkələ yenə başımızı aldada bilər...
Sülh mümkündür, ancaq Möhtərəm Prezidentimizin,Ali Baş Komandanımızın , Azərbaycan Xalqının mənafeyinə uyğun...o yaramaz başkəsən faşist orduvu çək Qarabağdan, özüdə qısa bir müddətdə, yəni 3-4 günə, bütün işğal olunmuş ərazilərdən çıx və biz Pezident nə deyəcəksə o olacaq...
Hücumu dayandırmaq olmaz,erməni torpaqlardan çıxana qədər müharibə dayansa danışıq başlasa yenə də erməni-rus öz oynunu oynayacaq