ZƏNGƏZURU DÜŞÜNMƏK VAXTIDIR!

Eldar SABİROĞLU, 

keçmiş millət vəkili, ehtiyyatda olan polkovnik

Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq. Kor olmuş gözləri, deyəsən, ayaqlarının altını daha görmür. Mülki əhaliyə qarşı ballistik raket sistemlərindən istifadə əmrini verən belə adamdan nəsə insani bir əməl gözləməyin özü absurddur.

Danışıqlar yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyevin qoyduğu şərt əsasında baş tuta bilər ki, bu da məlum cədvəlin təcili olaraq Azərbaycana təqdim edilməsinə bağlıdır. Başqa heç bir vasitə ilə müharibənin dayandırılması mümkün deyil. Ölkə ictimaiyyəti Ali Baş Komandanın bu qətiyyətli mövqeyini tam bölüşür və onu dəstəkləyir.

Dünya ikinci belə bir milləti yer üzünə gətirməyib. 31 il o xarabada yaşadığımdan azdan-çoxdan erməninin xislətinə, onun necə alçaq və xain olduğuna yaxından bələdəm.

1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar İrəvanda ilk nümayişlərin canlı şahidiyəm. Küçə hərəkatları, yürüş və mitinqlər təzə-təzə başlayırdı. Yazıçılar və rəssamlar ittifaqları millətçi hərəkatların idarə olunmasına bilavasitə rəhbərlik edirdilər. Başında da türkün qanına susayan Ermənistan rəssamlar ittifaqının sədri İgidyanla, Xocalı cinayətkarı kimi tanınan vandal Balayan dururdular.

Silva Kaputikyan da onlarla bərabər idi. Bu şairənin maraqlı həyat tarixçəsinə aid bir məqamı bölüşmək, fikrimcə, pis olmazdı. Hovanes Şirazdan yeddi oğul dünyaya gətirmişdi. Yeddisi də dədələri kimi "piyaniska" idilər. Adlarına fikir verin. İstanbul, Van, Malatya, Amasiya, Ararat və s. İkisinin adı yadımdan çıxıb...

Qərbi Azərbaycandan soydaşlarımızın son nəfərinədək deportasiya edilməsinin əsas müəlliflərindən biri elə bu erməni fahişəsi idi. Azərbaycanda isə dostluq və qardaşlıq təranələrini ifa edən bizim rəhbərlik, ermənini Bakıda, Gəncədə və digər şəhər və rayonlarımızda göz bəbəyi kimi qoruyurdu. Bəs doğma ocağından deportasiya edilən 250 minlik soydaşımızın taleyi necə olacaq?!

YURDA QAYIDIŞ İCTİMAİ BİRLİYİ ADINDAN HAMINIZI SƏSİMƏ SƏS VERMƏYƏ ÇAĞIRIRAM!

1905-ci ildən başlayaraq 4 milyona yaxın soydaşımızı öz tarixi yurdundan didərgin salan məkrli erməni siyasəti, nəhayət, Qarabağımıza olan əsassız iddia ilə müharibəyə əl atdı. Düşmənin korafəhim yaddaşı 1990-cı illərdə ilişib qalıb. Bilmədi ki, artıq əvvəlki Azərbaycan deyil. Mükəmməl orduya, qüdrətli iqtisadi-sosial imkanlara sahib, xalqla hakimiyyət arasında köhnə dedi-qoduları arxada buraxıb sarsılmaz dövlət quran Azərbaycan arasında bu gün bütün mənalarda zəif duruma düşmüş forpost ölkə arasında bərabərlik işarəsi qoymaq, real vəziyyətin açıq-aşkar inkarı deməkdir. Siyasi əxlaqsızlığı həyat tərzinə çevirən erməni vandallarının iç üzü artıq, bəzi dövlətlər istisna olmaqla, bütün dünya ictimaiyyətinə açılmışdır. Azərbaycan müharibəni tam qələbə ilə başa vurduqdan sonra İrəvan, Göyçə, Zəngəzur, Ağbaba mahalları üzərində düşünməliyik.

Son deportasiya zamanı erməni faşistləri 300-ə yaxın soydaşımızı qətlə yetirmişlər. Bunların vəhşiliklərini təsdiq edən yüzlərlə faktı ortaya qoya bilərik. Lakin iki faktı göstərməklə kifayətlənərdim. Biri əsrin əvvəllərində olmuş, digəri isə 1988-ci ildə baş vermişdir. Qonşu Qaraqışlaq kəndinin sakini Müşfiq adlı həmyerlimizin bədəninə 109 siqaret kötüyünü basaraq onu öldürən erməni daşnakları, qaniçən Njdenin 1918-ci ildə Sisyan rayonunun Şəki kəndinə hücumu zamanı 157 azərbaycanlı qardaş və bacımızı kəndin tovləsinə doldurur və ot tayalarını tövlənin üzərinə tökərək yandırırlar. Faciəmiz dərindir. Bu barədə oxuduğum tarixi əsərlər bu günün özündə belə məni rahat buraxmır.

İrəvanda yaşadığım illəri yelə vermədim. Düşmənin planlarını öyrənir, əldə etdiyim informasiya və məlumatları "Kommunist" qəzetində şöbə müdiri işləyən İlham Rəhimlinin vasitəsilə Bakıya çatdırırdım. İlham olduqca vətənpərvər və dövlətinin çıxarlarına çalışan azərbaycanlı idi. Onun köməkliyi sayəsində Allahşükür Paşazadə ilə ünsiyyət yarada bildim. Beləliklə, düşmənə qarşı apardığım fədakar fəaliyyətim barədə xüsusi xidmət orqanlarına məlumat verilmişdir. Artıq izlənirdim. Məni avtobomilin altına salıb əzmək istəyirdilər ki, meyidim tanınmaz olsun. Təəssüf ki, şərəfli işimi başa çatdıra bilmədim. 1988- ci il iyun ayının 19-da İrəvanı təcili tərk etməyimlə bağlı Zərbəli Qurbanovun təklifinə əməl etməkdən başqa çarəm yox idi.

Bakı ilə gizli əlaqələrim barədə Ermənistanın xüsusi xidmət orqanlarına məlumatı ötürən isə erməni deyildi. Məlumat vaxtı ilə "Sovet Ermənistanı" qəzetində birgə çalışdığım və sonralar İrəvanda maarif nazirinin müavini vəzifəsində işləyən "qocaman" yazar, yəni öz azərbaycanlımız tərəfindən ötürülmüşdü. Sən demə, o, erməni KQB-nin inanılmış nümayəndəsi qismində şübhəli şəxslər haqda məlumatların toplanaraq lazımi yerlərə çatdırılması işinə cəlb edilmişdi. Sözün qısası, İrəvanı təcili tərk etməkdən başqa çarəm qalmamışdı.

"Maarif işçisi" İrəvandan çıxmağıma üç saat qalmış məni yanına dəvət etdi. Şirin dilimə salıb dedim ki, mütləq sizi ziyarət edəcəyəm. Onsuz da sizinlə görüşmək istəyirdim. Onu arxayın edib, işimi yekunlaşdırmalıydım. Tülkünü bu dəfə aldatdım. Ölümdən qurtardığıma görə məndən yardımını əsirgəməyən baş redaktorum Zərbəli Qurbanovun ruhu qarşısında baş əyirəm. O, məni xəlvəti olaraq Bakıya yola saldı...

Bəs Bakıda nələri gördüm? 30 min erməninin ölkəmizdə yaşadığını fəxrlə dilə gətirən coxlu sayda rəhbər kommunistlərin həyasız çıxışlarından lap təngə gəlirdim. Stepan Şaumyanın Bakıdakı heykəli sökülürdü. Xeyli adam toplaşmışdı. Bir gənc oğlan bu daşnağın başını "sulayarkən" yanımda duran təxminən 60 yaşlarında bir kişinin ağladığını gördüm. Yaxınlaşlb səbəbini soruşdum. Üfunət verən ağzını açan kimi erməni olduğunu bildim və gözüynən görən dəyyusu təpikləməyə başlarkən milislər dərhal üstümə tökülüşdülər. Qollarıma qandalı vurub məni aparıb saldılar dəhşətli vəziyyətdə olan və az qala dizəcən sulu və siçovulların oynaşdığı Bakı şəhər milisinin zirzəmisinə. 5 sutkalıq cəzamı başa vurub, “qəbristanlıqdan” azadlığa çıxdım.

Bu cümlənin nöqtəsini qoyar-qoymaz qəhrəman Ali Baş Komandanımızın düşmən üzərində yeni qələbələr barədə sevindirici xəbərlərini eşitdim. Ürəyim dağa döndü. Artıq Azərbaycan Ordusu Zəngilana daxil olub və şəhərə Dövlət Bayrağımız sancıb.

Gəncə və digər rayonlarımızda mülki əhalinin yaşadığı ərazilərə ballistik raket sistemlərindən atəş əmrini verən baş cinayətkar Paşinyanın cavabını ikiqat verən Ordumuz, o yaramazı çıxılmaz duruma salıb. Yekə-yekə qırıldadan bu cinayətkarın müharibənin dayandırılması üçün Azərbaycan prezidentinə çağırış və yalvarışlarının əhəmiyyəti qalmayıb.

Erməninin pisinə-yaxşısına lənət!!! Hamısı ilandır və hamısına da ucdantutma nifrət gərək!...

Ad çəkməyəcəyəm. Lakin Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdə onun demokratik və insan hüquqlarına sadiq lider olduğu bərədə çıxışlar edən həmin adamları yanlışlığa imza atdıqları günlərə qaytarmağı lazım bildim. Bir müddət ekranlardan düşmür, onu qərbə bağlı hökumət rəhbəri kimi səciyyələndirirdilər. Nəhayət, tarixin dərslərindən ciddi nəticələr çıxarıb xalqı təməli olmayan məsələlərlə yükləməyin zamanı deyil.

Özümüzü dağa-daşa çırpmadan döyüşlərdə sıradan çıxarılan hərbi texnikanın hansı ölkədən göndərildiyinə diqqət yetirmək kifayətdir. Rusiya indinin özündə də işğalçını müasir silahlarla təchiz edir.

Düşməni öyrənmək üçün onun tarixini və hansı psixoloji tərbiyə və təlim əsasında yetişdirildiyini nəzərdən qaçırmaq olmaz. Bu millətin qadınları dünyaya gətirdikləri uşağın qulağına xəstəxanadaca sənin düşmənin türkdür deyə pıçıldayırlar. Fərqi yoxdur harada yaşayırlar: Bakıda, Şəkidə, yaxud İrəvanda! Bu mənada, necə bilirsiniz, Ermənistan ermənilərinin buradakı ermənlərlə qohumluq və əqrabalıq əlaqələrinə görə çəkici eyni zindana döymələri ağlabatandır, ya bəndəniz təxribatlara yol açır!? Unutmayaq ki, erməni ermənidir, bəli, fərqi yoxdur harada yaşayır...

Hadisələr sübut edir ki, erməni faşistlərinə inanıb arxa çevirmək sürünü qurda tapşırmağa bənzəyir. Mən bir neçə anası, nənəsi erməni olanı tanıyıram. Biri səsini çıxarmadı. Hətta yüksək vəzifəli şəxslərdən olan başıpapaqlı "dostlarımızdan" biri 17 gün sonra müharibə ilə bağlı dünya birliyinə müraciətində Azərbaycan Ordusuna döyüş əmrini verən və düşmənlə bir əsgər kimi savaşan Ali Baş Komandanın adını bir dəfə belə çəkmir. Çünki arvadı ermənidir. Ona görə də İlham Əliyevi sevə bilməz. Müharibədən sonra ölkə daxilində müəyyən redaktələr aparmağa böyük ehtiyac vardır.

Ürəyi və beyni irinlə dolu olan düşmənlə işğal altında qalan sonuncu ərazimiz geri alınmayınca, hər hansı humanitar razılaşmaya gedib müharibəni dayandırmaq məqbul variant hesab edilə bilməz. Ona görə də Ali Baş Komandanımızın seçdiyi mövqe tamamilə doğrudur və dövlətin, ordunun, xaqın arzu və istəkləri ilə üst-üstə düşür. Humanitar atəşkəsin bölgəyə sülh gətirəcəyi fikri meydana atıldığı gündən cənab Əliyev bu təşəbbüsə şübhə ilə yanaşdığını bəyan etmiş və haqlı olaraq bu gün də seçdiyi mövqenin üzərində qətiyyətlə dayanır.

Danışıqlar masası arxasına keçmədən öncə işğalçı ölkənin ərazilərimizindən bütünlüklə geri çəkilməsi barədə xüsusi cədvəlin Azərbaycana təqdim edilməsi əsas şərt kimi Paşinyanın qarşısına qoyulmuşdur. Bundan sonra sülh məsələsinin müzakirəyə çıxarılması barədə düşünmək olar. Yoxsa Dağlıq Qarabağı yalançı sülhə aparan hər hansı razılaşma sənədi üzərində vaxt itirməyə dəyməz. Bununla da Ali Baş Komandanımızın Paşinyan hökumətinin bükülən belini dirçəltməməsi üçün bu qərar üzərində israrla dayanmasını yalnız alqışlaya bilərik.

Təpədən-dırnağa yalan və saxta siyasət üzərində nəfəs dərən düşmənin tam ifşası üçün bu gün hər bir Azərbaycan vətəndaşının cənab İlham Əliyevdən dəstəyini əsirgəməməsi çox zəruridir.

Ermənistandan konkret tələb var, nəhayət, təslim olmalıdır. Başqa yolu qalmayıb.

Terrorçuların Gəncəni ikinci dəfə ballistik raketlərlə bombardman etməsi göstərdi ki, bu millətin ya humanitar anlayışlardan təsəvvürü yoxdur, ya da adi insanlıq elementlərindən məhrumdur. Hər iki alçaqlıq onun murdar qanından və genindən irəli gəlir. Azərbaycan ordusu ondan fərqli olaraq həmin gecənin qisasını mülki əhalidən yox, düşmənin silahlı qüvvələrindən aldı.

Ermənistanda faşizm quran Paşinyanın hitlerçi ordusu xeyli canlı qüvvə və hərbi texnika itirərək günbəgün geri çəkilir. Düşmən ölkənin başçısının yeganə təsəllisi və hakimiyyətini qorumaq məqsədi ilə komandasına qarşı zorakı niyyətlərini işə salacağı barədə qorxunc tezisləri Təhlükəsizlik Şurasında səsləndirməsi bu adamın ağlının yoxluğuna dəlalət edir. Vaxtı ilə alman bundestaqının başında duran və Stalinə müharibəni biabırçı şəkildə uduzan, baş kəsməkdə tayı-bərabəri olmayan Hitlerin məşhur kəlamını Təhlükəsizlik Şurasının iclasında ifadə edən bu dəhşətli axmağın əməlinə baxın: "Əgər tüfəngində 10 patron varsa, onun 9-nu içimizdəki satqına, birini isə düşmənə atmağı məsləhət görürəm." Hitler məxfi SS təşkilatının vasitəsilə orduda genişmiqyaslı hərbi islahat işləri apararaq Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər arasında 159-u general olmaqla 1207 zabiti məhkəməsiz güllələtdirdi. 12-i generalı isə kabinetinə çağıraraq şəxsən özü güllələyib. Ermənistanın faşist rəhbərinin Hitlerin təcrübəsindən faydalanmaq üçün hazırlıq işlərinə yaxın günlərdə başlayacağı ehtimalı böyükdür. Hökumət və ordu böyük təlaş keçirir. Şübhəsiz, Paşinyanın bu əməlindən beynəlxalq qurumların, insan hüquq və azadlıq təşkilatlarının məlumatları olmamış deyil. Lakin nədənsə ciddi münasibətə rast gəlmirik.

Hətta bu basqıçı və terrorçu ölkəyə nə Minsk Qrupundan, nə BMT-dən, nə də Avropa İttifaqından bir irad belə eşitmədik. Çox qəribədir ki, informasiya yalnız ermənidilli məlumat mənbələrində yayıldı və tez də silindi.

Təcavüzkar ölkə ilə torpağı işğal olunmuş ölkə arasında fərqli qiymətləndirmənin aparılmaması nəticə etibarı ilə sonda Dağlıq Qarabağ problemini bu vəziyyətə gətirib çıxardı və indi nəinki müharibə aparan iki ölkəni, hətta dünyanı narahat etməyə başlayıb. Nə qədər gec deyil, Ermənistanı ağıllandırmaq gərəkdir. Azərbaycanı bu müharibədə kimsə günahlandıra bilməz. Biz öz torpaqlarımızı işğaldan azad edirik. Ermənistana isə bu sərf etmədiyindən mübaribəyə digər dövlətlərin qoşulmasını istəyir.

Bu gün Rusiya ilə Türkiyənin qarşılaşması düşmənimizə hava və su kimi lazımdır. Ordubada raket saldırısının mahiyyətində duran da məhz bu məkrli siyasətdir. Qars müqaviləsinə görə Naxçıvana təhlükə yarandığı halda Türkiyənin bölgəyə qoşun yeridəcəyinə və Rusiyanın bu vəziyyətə laqeyd qalmayacağına ümid bəsləyən Paşinyan hökumətinin başlıca maraq dairəsində məhz bu hiyləgərlik durur. İnkişaf etmiş ölkələr əməkdaşlıq əlaqələrini vahid mərkəzdə birləşdirib regionda işğalçı dövlətə qarşı təsirli qərarları hərəkətə gətirməlidirlər. Minsk Qrupunun baza prinsipləri artıq heç bir işə yaramır. Yeni və daha təsirli modelin nizamlama prosesinə cəlb edilməsinə böyük ehtiyac duyulur. Bu yol Ermənistanı zorakı siyasətdən daha tez çəkindirər. Onu silahlandırmaq və qızışdırmaqla hansısa müsbət nəticəni əldə etmək mümkün deyil.

Bəli, sentyabrın 27-də işğalçının qəfil hücumu Azərbaycanı əks hücuma sövq etdi. Yenə də Paşinyan! Yolunu kəsdirib dayanan və cəzasını verməyə hazır olan opponentləri cinayətkar Nikol Paşinyanın suyunu bu ilin sonunadək tamam çəkib, onu qaxac vəziyyətinə salacaqlar. Xalqda və partiyasında səbr, dözüm artıq tükənir. Ümidlər boşalır, problemləri və toqquşmaları islah etməyə yetərincə güc qalmır və döyüş səhnələrində irəli atıldığı ilk saatlardanca məğlubiyyətə uğrayır. Nəhayət, hansı qələti qırdığının fərqindədir.

Son günlər Azərbaycan Prezidenti İlham Əliyevə arasıkəsilməz müraciətləri erməni faşistinin çıxılmaz vəziyyətə düşdüyünü açıq-aydın göstərir. Faşist ordusu artıq döyüşdən imtina edir.

Ermənistan silahlı qüvvələrinin canlı itkisinin 7000-ə yaxın olduğu bildirilir. Konkret rəqəm deməsələr də, baş nazir Nikol Paşinyan və qondarma qurumun qondarma başçısı itkilərin dəhşətli həddə çatdığı barədə açıqlamalarla dünyanı köməyə çağırırlar. Erməni faşistlərinin məğlubiyyət tarixinə qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları gün uzaqda deyil. Müharibənin bir ayı tamam olmamış 20 faiz işğal altında olan torpaqlarımızın xeyli hissəsini geri qaytarmışıq. İnşallah bütün torpaqlarımızın geri qaytarılması xəbəri, İlham Əliyev başda olmaqla, hamımızı sevindirəcəkdir.

635x100

Şərhlər

OQTAY 2020-10-27 18:31:07

"31 il o xarabada"sozu duz deyil,o kafirleri ora getirene,Allah nehlet elesin,umumilikde Qeribi Azerbaycan torpaqlari,TURKUN torpaqidi!!!Gec-tez o,caqqal diqalari ordanda qovacaqiq,geldikleri torpaqlara!!!Ali Bas Komandanmiz,bu haqda defelerle cixis edib!!!

Gülzar Qarabağlı 2020-10-23 21:19:33

Hərbi terror, genosid erməni faşizminin yoludur. Biz Naxçıvana sərhəd boyu qapanmaq üçün Zəngəzuru borc əvəzi, ya ödənişlə də ala bilərik. Yırtıcı düşmən isə hələ də daha vəhşi dəstəklə işğalı müdafiəyə çalışırlar?

Roma 2020-10-22 14:27:17

Çox sağ olun dəyərli yazıya görə...

t.ədalət 2020-10-22 13:40:37

Azərbaycan türklərinin İrəvandan deportasiya edilməsində ermənistan kürdlərinin də böyük rolu olub.Onlar ermənilərlə əl-ələ verib bizi təqib edirdilər.Azərbaycanlılar vəzifələrdən uzaqlaşdırılır,yerinə yezidi kürdlər doldurulurdu...

Xalq 2020-10-22 13:32:34

Qarabağın alınmasını axıra kimi, Xankəndini alana kimi davam etdirməliyik. Nəolsa da dayanmalı deyilik. Lap "dqr"-in müstəqilliyi tanınsa da Qarabağı tam azad etməliyik. Allah kərimdir! hər şey yaxşı olacaq inşaAllah!

Son yazılar