Menu

Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması üçün şərtlərini açıqlayıb

26.10.2020, 15:24
Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması üçün şərtlərini açıqlayıb

“Rusiya Gürcüstan ərazilərinin işğalına son qoyandan, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıyandan sonra münasibətlərin normallaşmasından danışmaq olar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazirin sözlərinə görə, münasibətlərin düzəlməsi üçün Rusiya işğal altında saxlanılan iki bölgənin müstəqilliyini tanıması barədə qərarını mütləq geri götürməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol