Atəşkəs razılaşmaları - "Məqsəd Ermənistanı düşdüyü məğlub durumdan çıxarmaqdır..."

Sentyabrın 27-dən - cəbhədə döyüşlər başlanandan tərəflər arasında bu gün, oktyabrın 26-sı, saat 8:00 radələrindən üçüncü dəfə humanitar atəşkəs olmalıydı. Amma yenə də Ermənistan Azərbaycan Ordusunun mövqelərini və Tərtər, Ağcabədi rayonlarını artilleriya atəşinə tutmaqla razılaşmanı pozdu.

Əvvəlki təşəbbüslərdə söhbət, əsasən, Rusiyanın vasitəçiliyindən gedirdi. Bu dəfə isə atəşkəsə ABŞ Dövlət katibi Maykl Pompeonun vasitəçiliyi ilə razılıq verildiyi qeyd olunur.

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində deyib ki, Ermənistan tərəfi yenə atəşkəsəəməl etmir. Prezident vurğulayıb ki, Azərbaycan, hələlik, razılaşmaya sadiqdir.

Deputat Vahid Əhmədov bildirir ki, atəşkəsi tələb edənlər ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyadır. Onun sözlərinə görə, məqsəd Ermənistanı indi düşdüyü məğlub durumdan çıxarmaqdır: "Humanitar atəşkəs elan edilir, amma Ermənistan tərəfinə işğal etdikləri ərazilərdən çıxmaq, qoşunlarını Azərbaycan ərazilərindən geri çəkmək tələbi qoyulmur".

V. Əhmədova görə, Ermənistan sülh istəyirsə, bütün silahlı birliklərini işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmalıdır: "Hələ ki, Ermənistana hərbi qüvvələrini Azərbaycandan çıxarmaq barədə Türkiyədən, Pakistandan başqa heç bir dövlət heç nə demir. Münaqişəni tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri mandatına malik olan üç dövlət bu barədə danışmır".

Politoloq Hikmət Hacızadə isə "Azadlıq" radiosuna deyib ki, atəşkəsə işğal altında olan Dağlıq Qarabağda səhra komandirləri maraq göstərmir: "Belə ki, atəşkəsəəməl edilsə, Ermənistanın masa arxasında oturaraq Azərbaycan ərazisindən çıxması barədə cədvəl təqdim edilməlidir, buna görə Ermənistan hakimiyyəti ilə hesablaşmırlar".

H. Hacızadənin sözünə görə, bu atəşkəsdə gerçəklikdə Rusiya da maraqlı deyil: "İndi Rusiya diplomatiyası bunu həzm edə bilməz ki, tərəflər Rusiyanı yox, ABŞ-ı saydılar, onların sözü keçdi".

H. Hacızadə vurğulayıb ki, əslində işğal edilən bütün ərazilər boşaldılmırsa, heç Azərbaycan da atəşkəsdə xüsusi olaraq maraqlı deyil. O vurğulayıb ki, ordu uğurla qələbələr əldə edib.

H. Hacızadə iddia edib ki, ABŞ-ın da burada ciddi marağı yoxdur: "ABŞ bu məsələdə, sadəcə, "mən də varam" mövqeyi nümayiş etdirir. Çünki qarşıda ABŞ-da prezident seçkiləri gəlir, vaxt az qalır, seçicilərin, o cümlədən erməni əsilli seçicilərin səslərini qazanmaq məsələsi də var. Odur ki, məsələnin həlli ilə bağlı ABŞ tərəfindən hansısa real addımın atılacağı görünmür".

AzPolitika.info

635x100

Şərhlər

Əyyar 2020-10-27 13:11:04

Mənfur dünya dövlətləri cəllad erməninin tərəfində, tək Allah haqqın tərəfindədir!

B.Qarabağlı 2020-10-27 12:21:13

Əhatə ilə harmoniya yaxşıdır! Amma, öz hüquqlarını hansısa diktatın marağına uyğunlaşdırma cəhdi, 27 illik BMT TŞ Mqnun Qarabağ "həlli"ndə bizə dərs olmadımı? İşğalçı Azərbaycanı tam tərk etməlidir, qalan həllər sonra?

Son yazılar