Menu

İran XİN başçısının müavini Azərbaycanda səfərdədir

28.10.2020, 11:43
İran XİN başçısının müavini Azərbaycanda səfərdədir

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycanda səfərdədir.

“Report” xəbər verir ki, diplomat dünən gecə Bakıya gəlib.

Səfər çərçivəsində A.Əraqçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşərək ikitərəfli əməkdaşlığın aktual məsələlərini, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, A.Əraqçi Bakıdan Moskvaya gedəcək.

Şərhlər

omar 2020-10-28 12:52:18

Niyə gəlib,erməni qardaşlarına kömək ricasına?....Necə gəlib,elə də yola salın getsin,burdan da gedib rusla bir yerde fitnə qurarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol