“Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərindən istifadə edib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevtvitterdə yazıb.
“Dinc sakinlər arasında qurbanların olduğu deyilir”, - o qeyd edib.
***
“Ermənistanın silahlı qüvvələrinin Tərtərə raket hücumlarından sonra Bərdəyə raket zərbələri endirilib. Dünən mülki şəxslərin kasset silahlarla öldürülməsindən heç bir dərs çıxarılmayıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistan işğala və hərbi cinayətlərinə son qoymalıdır”, - o əlavə edib.


Şərhlər