"Uçurumun kənarındayıq..." - Erməni milyarder Paşinyanı hakimiyyətdən getməyə çağırdı

Rusiyada yaşayan erməni milyarderi, "Monarch" Şirkətlər Qrupunun baş direktoru Sergey HambartsumyanErmənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

"AzPolitika.info" xəbər verir ki, milyarder baş nazirdən hakimiyyəti Rusiyanın inandığı siyasi liderə təhvil verməyi tələb edib: "2018-ci ildə erməni xalqı səndən əvvəl qazandığın xidmətlərə görə deyil, daha ədalətli və perspektivli bir dünyada mehriban və parlaq bir aurada yaşayacağına sadəlövh şəkildə inandı. Mən hakim deyiləm və son iki il yarımda baş verənləri qiymətləndirmək niyyətində də deyiləm, xalq sonradan özü qiymət verəcək. Ancaq inkar edə bilməzsiniz, bütün insanlar indi uçurumun kənarında demək olar ki, ümidsiz, tamamilə böhran vəziyyətində olduğumuzu görür...

Bu vəziyyətdə yeganə düzgün qərarınız, hakimiyyəti ən qısa müddətdə bu cür böhranları aşan və Rusiyanın güvənə biləcəyi bir şəxsə ötürməkdir".

Sergey Hambartsumyan daha sonra yazıb ki, hər kəsin məsuliyyəti öz üzərinə götürməyə razı olacağına şübhə edir. Müraciətində də məqsədi çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqdır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar