“ERMƏNİSTANIN HAVADARLARI, SİZƏ DEYİRƏM!...” – Səbrin tükəndiyi yer və Prezidentin həmsədrlərə sərt ismarıcı

Ölkə başçısının oktyabrın 26-dakı xalqa müraciəti bir tərəfdən 17 kəndin və Qubadlı rayonunun işğaldan azad edilməsinə dair hesabat, müjdə xarakteri, digər tərəfdən isə beynəlxalq müstəvidə iri dövlətlərin Azərbaycana təzyiqlərinə dair həqiqətləri xalqa çatdırmaq məqsədi daşıyırdı.

Sitat: “Minsk Qrupunun fəaliyyəti göz qabağındadır… Minsk Qrupunun fəaliyyətinin nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, amma Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin. Dondurulsun bu məsələ, əbədi qalsın bizim torpaqlarımız əsarət altında. İşğalçıya təzyiq edə bilibmi? Yox. Təzyiq etmək istəyibmi? Yox!”

Bu fikirlər Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun fəaliyyətilə bağlı konkret mövqeyini ortaya qoydu. Və bu fəaliyyətin mənasızlığına açıq işarə oldu.

Prezident indiyə qədər həmsədrlər qarşısında dəfələrlə bu məsələnin həlli üçün Ermənistana qarşı sanksiya tətbiq edilməsi məsələsini qaldırdığını, lakin həmin ölkələrin öz imkanlarından istifadə etmədiklərini dedi: “Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz. İstənilən məsələni həll edə bilərsiniz.”

Bu ölkələrin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini qeyd edən ölkə başçısı, əvəzində həmsədrlərin məhz Qarabağ məsələsində eyni mövqedən çıxış etməsinin təsadüfi olmadığını qeyd etdi: “Necə olur, bütün başqa məsələlərdə - nüvə silahlarıyla, Yaxın Şərqdə, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi. Və ilk növbədə də Ermənistanı qane edirdi. Məgər bu üç ölkənin işğalçıya öz yerini göstərmək imkanı yoxdurmu? İstəmirdilər. Qane edirdi bu reallıq.” 

Doğrudan da, həmsədr ölkələrin dünyanın heç bir nöqtəsində fikirləri, maraqları üst-üstə düşmür. Yalnız Azərbaycanın ərazi bütövlüyünün sual altına alınması və işğalçının maraqlarının təmin olunması məsələsində üçü də eyni mövqedən çıxış edir. Ona görə də, ölkə başçısı həmsədr ölkələrin Azərbaycanı Ermənistanın işğalı ilə barışmağa sürüklədiyini bildirdi. Hansı ki, bu barədə Prezident səviyyəsində indiyə qədər belə açıq fikir səsləndirilməmişdi. 

Ancaq ölkə başçısı dövlətimizin bu tələblə barışmadığını və ordumuzun, hərbi gücümüzün hesabına yeni reallıq yaratdığını vurğuladı: “Bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər – “yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız”. Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır… Biz öz torpaqlarımızı işğaldan azad etməyə başlayanda, görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana. Hər tərəfdən əl-ayağa düşdülər… Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər düşmənlə danışıqlar aparmaq olar?

Bütün bunların fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu, fəaliyyət?... Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq.”

Nəhayət, Prezident açıq şəkildə həmsədr ölkələrin neytrallıq göstərmədiklərini vurğuladı və açıq şəkildə işinin öhdəsindən gələ bilməyən ölkələrin bu missiyadan əl çəkmələrinin məqsədəuyğun olmasına işarə vurdu: “İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi, qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir”

Sözsüz ki, Prezidentin bu fikri xüsusilə Fransaya və onun üzdəniraq prezidenti Emmanuel Makrona aiddir. Açıq ermənipərəst və anti-islam mövqe sərgiləyən hazırkı Fransa hökumətinin heç bir göstəricisinə, keyfiyyətinə görə Qarabağ münaqişəsinin həllində vasitəçiliyə yaramadığı şəksizdir.

İlham Əliyev həmçinin, Ermənistana bu gün də silah daşındığını bildirərək, bu işdə Minsk Qrupuna həmsədrlik edən ölkələrin də yer aldığına eyham vurub: “Yaxşı, atəşkəs istəyən, niyə Ermənistana silah göndərir?... Silah verməyin, qurtaraq. İstəyirsinizsə qurtarsın, silah verməyin! Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq? Böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər… Biz beynəlxalq hüquqdan kənar heç bir addım atmırıq? Öz beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. Əgər Minsk Qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Və Azərbaycan xalqının səbrilə oynamasınlar.”

Azərbaycan Prezidentinin müraciətindəki daha bir maraqlı məqam isə dünyanın aparıcı dövlətlərinə ünvanlanan bir mesaj oldu: “Sabah bu müharibə qurtaracaq. Biz istədiklərimizə nail olacağıq. Bəs bizim münasibətlərimiz necə olacaq? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Azərbaycan o dövlət deyil ki, kimsə onun maraqlarını kənara qoya bilər. Gün gələcək, gələcəklər xahişlərlə, əməkdaşlıq təkliflərilə. Bəs hansı üzlə bizə baxacaqlar?”

Bu müraciətin pik nöqtəsi İlham Əliyev tərəfindən ilk dəfə həmsədrləri “Ermənistanın havadarları” adlandırılması oldu: “Ermənistanın havadarları, sizə deyirəm! Xilas etmək istəyirsinizsə bu saxta dövləti, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər…”

Göründüyü kimi, İlham Əliyev həmsədrlərin geçək niyyətlərini və sifətlərini açıq formada ortaya qoydu. Bu, Azərbaycanın öz torpaqlarının işğalına son qoymağa başlamasından sonra həmsədrlərin ölkəmizə və Prezidentə qarşı təzyiqlərinin, eləcə də uzun illər apardıqları ermənipərəst siyasətin labüd nəticəsidir. Bu, Azərbaycan üçün səbrin tükəndiyi nöqtədir. Və həmsədrlər institutunun çürüdüyünün bariz göstəricisidir.

Beləliklə də, bu münaqişədə ATƏT-in Minsk Qrupunun artıq son vaxtlar tez-tez səsləndirilən “2+2” formulu, yəni Azərbaycan-Türkiyə və Ermənistan-Rusiya formatı ilə əvəzlənməsi təklifi daha da aktuallaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da parlamentdəki son çıxışında münaqişənin Rusiya və Türkiyənin iştirakı ilə həllinin daha effektiv olacağını bildirdi.

Nəhayət, son baş verənlər göstərir ki, heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun apardığı Vətən müharibəsindən döndərə bilməyəcək. 

Elə ölkə başçısının son müraciətinin və ayrı-ayrı xarici telekanallara verdiyi müsahibələrin əsas məğzi də məhz bu gerçəkliyi, iradəni həmsədr ölkələr başda olmaqla, dünya güclərinə çatdırmaq idi. Ən əsası iradədir ki, o da ortaya qoyulub. Və doğrudan da dövlət, ordu və xalq birliyi olanda, heç bir kənar təzyiq dövlətimizə, xalqımıza, ordumuza təsir göstərə bilməz!

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Akif m. 2020-10-31 12:41:50

Allah Prezidentimizə can sağlığı, tükənməz enerji bəxş eləsin. Xalqımızı və gələcək Azərbaycanı bu bəladan birdəfəlik xilas etmək Cənab İlham Əliyevin taleyinə yazılacaq. Türkiyədən, Pakistandan başqa qalan bütün ölkələr ikili standartlardan çıxış edirlər.

OQTAY 2020-10-30 22:30:59

Minsk qrupunun uzvleri,ermeni caqqallari ile birlikde geberdi.Turkuye ne deyecek o,olacaq!!!VESSALAM

Amon 2020-10-30 01:26:48

Gencede berdede qadin ölür körpə usaq ölür aile usaq qadin komitesinin sedri bahar muradova yoxdu hec yerde niye cunki boz kardinalin kadridi.25 ildi bu xalqin coreyini yeyen deputat mixail zabelin susur ve s.coxdu siyahi.inaniramki cenab prezident qelebemizden sonra basda bas nazirin 1ci muavini de olmaqla 5ci kolonun axirina cixacaq

t.ədalət 2020-10-29 20:31:53

Bu qələbəyə çatmağın bir yolu da özlərini "hərbi ekspert" kimi ortaya atıb Rusiyaya xidmət edən casusları ordudan kənarlaşdırmaq lazımdır.

Xalq 2020-10-29 20:30:26

Biz Prezidentimizi dəstəkləyirik! erməni havadarları olan minsk qrupunun üzvlərinin 2+2 ilə əvəzlənməsini tələb edirik. Qarabağ Azərbaycandır! VƏSSALAM! .

Elil 2020-10-29 19:09:09

Oxxxx, qadan alaram cenab bash komutanim!!!!!!!

Son yazılar