NƏ OLDU, KÖÇƏRYAN?... – Uzun illər üstümüzə xoruzlanan qatilin görməli günləri qabaqdaymış!

Ermənistanın sabiq prezidenti və bu işğalçı ölkənin bəlkə də ən ədabaz, ən iddialı, ən yekəxana və əli ən çox məsum insan qanına batmış cinayətkar başçısı Robert Köçəryan həbsə atılanda Azərbaycanda çoxları onun elə məhbəsdə gəbərməyini arzulayırdılar. Bu cəlladın özü də müsahibəsində demişdi ki, onu həbsə göndərən Paşinyanın bu əməlinə ən çox azərbaycanlılar sevinir...

Bəli, doğrudan da uzun illər Azərbaycanın çörəyini yeyən və sonradan Qarabağdakı separatçı, terrorçu hərəkatın liderlərindən birinə çevrilən bu şərəfsizin qoca vaxtında elə ermənilərin özləri tərəfindən məhbəsdə çürüdülərək öldürülməsi ilahi ədalətin təcəllisi sayıla bilərdi. Lakin görünür, ilahi ədalət bəzən biz düşündüyümüzdən daha amansız və kəsərli olur...

Belə ki, hər imkan düşəndə Azərbaycan xalqını aşağılamağa çalışan, özünü və erməniləri isə qalib ədası ilə göylərə qaldıran bu uşaq qatili bu günləri də mütləq görməliymiş! 

Görməliymiş ki, onun banilərindən olduğu terrorçu qondarma qurum, onun “dövlətçiliyi”, “bayrağı”, “qüruru” necə Azərbaycan əsgərinin ayaqları altında tapdalanır, parçalanır, əzilir.

Görməliymiş ki, vaxtilə onun tutduğu “vəzifəni” – qondarma rejimin “prezidenti” postunu tutan şərəfsiz necə kor porsuq kimi bir deşikdən çıxıb, qaça-qaça başqa deşiyə girir və Azərbaycan tərəfinə yalnız qorxa-qorxa siçan deşiyindən baxa bilir - o da əgər hazırda sağdırsa, gəbərməyibsə...

Görməliymiş ki, onun “yenilməz erməni ordusu” və birinci Qarabağ müharibəsinin uşaq qatili olan “qəhrəman veteranları” bu gün yaşı Qarabağın işğalı tarixindən də az olan gənc Azərbaycan əsgərinin qarşısından necə inildəyir, necə təpəsinə daş dəyən it kimi zingilləyə-zingilləyə qaçır.

Görməliymiş ki, onun 10 il prezidentlik etdiyi işğalçı Ermənistanın hazırkı rəhbərinin əvvəlki özündənrazılığından, yekəxanalığından əsər-əlamət qalmayıb – olmayan qüruru ayaqlar altına atılıb, yalvarmadığı, imdad diləmədiyi, əl, dil açmadığı ölkə, beynəlxalq qurum qalmayıb və heç kim də onun ölkəsini it yerinə belə qoymur!

Bu cinayətkarın hələ 2001-ci ildə Ki-Uestdə Heydər Əliyevlə görüş zamanı sərgilədiyi nümayişkəranə qalib ədası, yekəxanalığı bugünkü erməni xalqının rəzalət, acizlik, məğlubiyyət sifətilə əvəzlənib. Bəli, əgər ermənilər başa düşsələr, onların faciələrinin səbəblərindən biri də hər zaman belə cinayətkar, qatı millətçi, qaniçən şərəfsizləri yuxarı başa çəkmələri, onları özlərinə rəhbər etmələridir ki, sonradan da bunun təpiyi elə həmin ermənilərin özlərinə dəyib!

Həmin bu Köçəryan hələ 2005-ci ildə, Ermənistanın prezidenti olduğu dönəmdə verdiyi müsahibələrin birində yekə-yekə demişdi ki, Dağlıq Qarabağın gələcəyini “yaxın perspektivdə müstəqil dövlət, gələcəkdə isə Ermənistanın tərkib hissəsi” kimi görür. 

İndi İlham Əliyev Paşinyandan soruşduğu kimi, bundan da soruşan lazımdır –Nə oldu, Köçəryan? – Dağlıq Qarabağ müstəqil olurdu, sonra Ermənistana birləşirdi və s. Nə oldu o nağıllar?”

İndi Qarabağda, Şuşada ermənilərin çaldığı zurnanın, oynadığı yallının yox, Azərbaycan əsgərinin ayaq səsləri eşidilir!

Elə həmin müsahibəsində bu cani Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi fonunda Ermənistanın Qarabağda güc nisbətini necə saxlaya biləcəyi barədə suala da cavab vermişdi. Qürrələnmişdi ki, Azərbaycan guya 1992-ci ildə də öz iqtisadi gücünə araxayın olaraq, müharibəyə başlamışdı və “nəticə bəllidir”. Görəsən, eyni suala indi nə cavab verərdi bu quldur?

İndi əl-ayağa düşən, başının quldur dəstəsilə gah Qarabağa gedən, gah Moskvaya getmək istəyən, lakin koronavirusa yoluxduğu üçün gedə bilməyən Köçəryanın bütün çabalarının, çırpıntılarının arxasında ermənilərin bu tarixi və biabırçı məğlubiyyətindən istifadə edərək, Paşinyanı mümkün qədər tez vəzifədən atıb, yerinə keçməkdir. Ancaq yenə buna nail olsa belə, heç nə dəyişməyəcək. 

Olsa-olsa Azərbaycanla apardığı müharibənin ac-yalavac, rəzil günə qoyduğu Ermənistanı düşdüyü bataqlığın daha dərin qatlarına çəkəcək. Lakin bunun nə Azərbaycana, nə də onun dilbər guşəsi olan Qarabağa artıq heç bir aidiyyatı olmayacaq – çünki tezliklə ermənilər üçün Qarabağ və Ermənistanı neçə illərdir başına ip salaraq dolayan, Köçəryanın özü kimi çürümüş “Qarabağ klanı” mövcud omayacaq. 

Köçəryanın özünə gəldikdə isə, ona nə Paşinyanın həbsxanasında, nə də koronavirusdan tezliklə ölməyi yox, hələ uzun illər Azərbaycanın yeni-yeni uğurlarını və Qarabağımızın çiçəklənməsini yalnız kənardan baxaraq, çərləməyi arzu etmək olar... 

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

OXUCU 2020-11-06 14:47:56

ERMƏNİ XALQININ DÜŞMƏNLƏRİ KOÇARYAN,SARKİSYAN.AQAMBEKYAN .İNDİ DƏ PAŞİNYAN.İLAHİ BU MİLLƏT NƏ QƏDƏR QOYUN,NƏ QƏDƏR QANMAZ DONUZ MİLLƏTDİ.HƏMİŞƏ KÖLGƏ AXTARIBLAR.KÖLGƏ ÇƏKİLƏN KİMİ GÜN BAŞLARINA VURUB XARAB EDİB.AY BƏDBƏXT MİLLƏT. B

.EJDER NAQILBAZ 2020-11-03 20:11:47

BU DIQALAR NE ZIBILDI,DUWMENIMIZ RUSIYADIR

OXUCU 2020-11-03 16:33:00

Çox gözəl yazıdı.sağ olun C.Məmmədov.lap ürəyimizdən tikan çıxardız.30 ilə yaxındır ki ,güya ki müharibəni uduzmuş bir mıllət kimi içimizdən yana-yana yaşamışıq.Qurban olum Allahın ilahi ədalətinə,bizi bu bəladan qurtardı.Paşinyan Şuşada yallı gedəndə oturub hönkür hönkür ağlamışdım.bəlkə də bu lazım imiş onun orda yallı getməsi.Mən arzu edirəm allahımdan Paşinyan nə ölməsin nə də onu devirməsinlər.O bizim LAZIMIMIZDIR. Çox xahiş edirəm bu şərhi verin.

Roma 2020-11-03 13:58:45

Hazırda bütün umu-küsüləri bir tərəfə qoyub düşmənlə mübarizə etməliyik, vəssalam...bunun başqa variantı yoxdur...Region dövlətləri ilə ünsüyyəti düzgün qurmalıyıq, hazırda demək olar ki, normal vəziyyətdir. Belə ki, Türkiyə qardaş, İran deyərdim ki, neytral rəsmi olaraq bizim ərazi bütöbliyimizə dəstək, Gürcüstan hər halda daha çox bizə tərəf, qaldı Rusiya o da hazırda hardasa neytral...

Görüb Bilməzov 2020-11-03 12:54:11

Hörmətli Amon, Sizə versələr də silahı ki, get, filankəsi vur, vurarsınızmı? RF onu buraxdıran Şahnəzəryan da, Kələntəryan da, heç Kreml də deyil, yüz millətin ölkəsidir. Başda ruslar, yanında tatarlar oturmalıdır? Heyf onlar da öz dövlətlərini yaşatmaq əvəzinə özgələrə qulaq asırlar?

Ehmed Celebi 2020-11-03 12:49:12

Birce Lacin dehlizi baqlansaydi bu it sururunun yolu qalmazdi

Rovşən 2020-11-03 12:16:39

Bayqusha oxshayir sherefsiz alcaq

Əlpaşa 2020-11-03 11:08:44

Onun adı Paşinyan deyil, onun adı LAZIMDI

Cəmşid Dərələyəzli 2020-11-03 11:01:26

Bu adam hələ müharibədən sonra mühakimə olunacaq. ölməyini arzulamayın. Belə canilər bu rəzalətlərini görə-görə əzabla ölməlidirlər.

Roma 2020-11-03 10:52:26

Bunun sifətində insanlıqdan başqa nə desən var...

Bilməqam Qarabağlı 2020-11-03 10:11:24

Köçəryanı Azərbaycan dövləti elə Qarabağ hərbi terror lideri kimi mühakimə edib, Avropa Məhkəməsinə verməlydi

Vətəndaş 2020-11-03 09:22:11

Qorbaçovu da unutmamalıyıq. Raisa ölsə də Qorbaçov leş vəziyyətində olsa da hələ ki sağdır. Qələbəmizdən sonra Qarbaçova da bir məktub yazarıq: “Nə oldu, Qorbaçov? – Dağlıq Qarabağ müstəqil olurdu, sonra Ermənistana birləşirdi və s. Nə oldu o nağıllar?”

Amon 2020-11-03 01:20:01

Bizim əsas dusmenimiz var o da rusiya şovinizmidi ....

Son yazılar