"Paşinyan getməyincə Rusiya kömək etməyəcək"
Rusiya prezidenti Vladimir Putinin noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə, bundan bir gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti olub.
Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətraflı müzakirə edilib.
Politoloq Hikmət Hacızadə bu zənglərin geniş məzmunu barədə ancaq təxminlər söyləməyin mümkün olduğunu deyir.
O, "Azadlıq" radiosuna şərhində bildirib ki, ola bilsin Vladimir Putin ümumi sözlərlə tərəfləri danışıqlara, münaqişəni dayandırmağa çağırıb.
Politoloq vurğulayıb ki, müharibənin başlanğıcında Ermənistan Rusiya tərəfinin təkliflərini qəbul etmirdi, Azərbaycan isə şərtlərini irəli sürdü.
H. Hacızadə hesab edir ki, N.Paşinyan hakimiyyətdən getməyincə Rusiya Ermənistana kömək etməyəcək: "Hələlik, Rusiyanın planı belədir".
Onun fikrincə, Rusiya indiki mərhələdə Azərbaycana təzyiq göstərə bilməyəcək, çünki Azərbaycan ağıllı taktika tətbiq edir: "Ermənistana hücum etmir. Rusiyanın Ermənistandakı hərbi bazasına Azərbaycan tərəfdən təhlükə yoxdur".
H. Hacızadə qeyd edib ki, ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir.
fikrincə, sülhməramlı qüvvələr isə bölgəyə o zaman gətirilə bilər ki, Ermənistan qoşunları Azərbaycandan çıxarılsın: "Bu isə hələ baş verməyib. Odur ki, sülhməramlı adı ilə Rusiya qoşunları bölgəyə gətirilə bilməz və məqbul da deyil".
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın isə bildirib ki, V.Putin son vaxtlar bir neçə dəfədir ki, həm Azərbaycan prezidenti, həm də Ermənistan baş naziri ilə telefonla danışıb. O əlavə edib ki, amma daha çox Ermənistan tərəfi ilə əlaqə saxlanıb.
İ. İsmayılın qeyd edib ki, əvvəlki zənglər humanitar atəşkəslə bağlı idisə, bu sonuncu bir az kritik zəngdir: "Bu zəngdə Azərbaycanın yox, Rusiyanın maraqları ortaya qoyulur. Burada Rusiyanın maraqları ondan ibarətdir ki, Qarabağ məsələsi sona qədər çözülməsin, yəni, hər iki tərəfi sülhməramlı qüvvələrin regiona gətirilməsinə razı salmaqdır. Əvvəl Nikol Paşinyan da buna razı deyildi, indi vəziyyət gərginləşəndən sonra o bu ssenarini qəbul edir. Amma dəqiq məlum deyil ki, bu danışıqlarda sülhməramlılar məsələsi qoyulub ya yox?".
İ. İsmayıl da hesab edir ki, Ermənistan qoşunları işğal edilən Azərbaycan ərazilərindən çıxarılmayınca sülhməramlılar bölgəyə gətirilə bilməz.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, Rusiya Qarabağda baş verən hadisələrin son mərhələsində söz sahibi olmaq istəyir: "Birinci mərhələdə Azərbaycan öz ərazisini təmizləyir, Rusiya buna qarışa bilmir. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiyanın həm də daxilən Cənubi Qafqaz regionuna nüfuz zonası kimi baxmaq istəyi var".
Sədr müavini deyib ki, indiki məqamda Azərbaycan hər hansı kompromisə getməyəcək, çünki Ermənistan tərəf məğlubiyyətini etiraf etmir, müharibəni indi də davam etdirir.
AzPolitika.info

Şərhlər
Azərbaycan ərazilərinin işğalçısı Rusiyadır.Odur ki,ermənistan Putini məcbur edir ki,işğal etdiyin yeri saxla.Ortada Türkiyə amili olduğuna görə Putin Rusiyanın tarixi planı ilə gedə bilmir.Türkiyə Prezidenti Ərdoğan açıq bəyan edib ki,Azərbaycan özünün tarixi ərazilərinə sahib çıxmalıdır.Rusiya istəsə,istəməsə də açıq surətdə Türkiyəni inkar edə bilmir.Müharibənin dünya səviyyəsinə qalxması Rusiyanın süqutudur.Dünya Rusiyanın mövcudluğunu istəmir.Amma Putinin yuxusu ərşə çəkilib.O,müharibəni dərinləşdirmək,ermənistan əyalətini qorumaq üçün hər şeyə hazırdır.
Türkiyyenin razılığı olmadan Rudiyya Azerbayczna ğird bilmeyecek bu birmenalıdır.Azerbayczn da indiki veziyyetde buna qeti razı olmaz.Bu en azındd bir çox meselelerde menafeyimize uyğun olmaz
Kreml YALNIZ ve YALNIZ GUC DILINI ANLAMAQA QADIRDIR, Kreml uchun, BEYNALXALQ HUQUQ, BEYNALXALQ QANUNLAR, Kremlin MARAQLARINA XIDMET ETMEYENDE, SERF ETMEYENDE, BMT - de ve HER BIR OLKEDE, HARAY - HESHIR SALIR, BAQIRIR, BOHTANLAR, YALANLAR ile RIYAKAR, SIYASI TEXRIBATLI BEYANATLAR VERIR....., amma, Kremle SERF EDENDE, TULKU kimi SUSUR..... Daqliq Qarabaq Azerbaycan erazisidir ve Azerbaycanin ERAZI BUTOVLUYU RESMI TESDIQLENIB BMT TEREFINDEN. NIYE, Putin, BURNUNU SOXUR Azerbaycanin DAXILI ISHLERINE ????? Putinin Azerbaycana DIKTE ETMEK HUQUQU YOXDUR !!! BUTUN BEYNALXALQ TESHKILATLAR MIN UZLU, OZLERINE SERF EDEN MOVQEDE, HIYLEGER SIYASET APARIRLAR Azerbaycana QARSHI, bu sebebden, Amerikadan bir JULIK "siyasetchi" TEKLIF EDIB ki, Skandinaviya olkelerinden " sulhmeramlilar" yerleshdirilsin Daqliq Qarabaqda, SUAL OLUNUR bu SIYASI TEXRIBATCHIYA, NIYE, OZ MURDAR BURNUNU SOXURSAN Azerbaycanin DAXILI ISHLERINE .......?????? Hetta, dunen, 02 . 11. 2020 - ci il tarixde, ABŞ - da yashayan bloqer Sevinc Osmanqizi, You Tube kanalinda, video - MUSAHIBE alib sabiq ABŞ hemsedri Matye Brayz - dan ve bu amerikali SUBUT ETDI ki, anti - Azerbaycan MOVQEDE olaraq, deyir ki, Azerbaycan Ordusu Xankendine daxil olmasin, chunki, BEYNALXALQ TESHKILATLAR Azerbaycandan INCIMISH OLARLAR , bu ALCHAQ UNSURUN HEYASIZLIQINA QARSHI, azerbaycanli bloqer Sevinc Osmanqizi oz ETIRAZINI BILDIRMEDI, SUSDU, bu Sevinc Osmanqizi, HANSI MOVQEDE OLAN bloqerdir....... ????? Ermenistanin serhedlerini QORUYUR rus askerleri. Daqliq Qarabaq Azerbaycan erazisidir, NIYE, Azerbaycan erazisi olan Daqliq Qarabaqda xarici olkenin " sulhmeramlilari" SOXULMALIDIR ?????? Daqliq Qarabaqda HIYLEGER ermeniler YASHAMAQ ISTESELER, YALNIZ ve YALNIZ Azerbaycan vetendashi kimi, Azerbaycan QANUNLARINA CIDDI RIAYET ETMELIDIRLER ve TABE OLMALIDIRLAR Daqliq Qarabaqda Azerbaycan POLIS ORQANLARINA ve HECH BIR STATUSDAN ESLA ve TEKRAR ESLA, SOHBET GEDE BILMEZ !!!! Azerbaycanda chox yaxshi Atalar Misali var : " AC TOYUQ, YUXUSUNDA DARI GORER ....." Putin....., CHEK QEMISHINI Azerbaycandan , BURNUNU SOXMA Azerbaycanin DAXILI ISHLERINE.......
Rusiya 200 il bizə erməninin əli ilə qan uddurub. İndi də ermənini qoyub bizə tərəf durası deyil. İndi tarixi şərait məcbur edir Rusları qismən susmağa
hesab edirik ki, ermənistan bütün torpaqlarımızdan çıxmasa heç bir atəşkəs ola bilməz və rus qoşunu heç bir halda Qarabağa yeridilə bilməz!