Menu

"İnanırıq ki, Azərbaycan xalqı yeni-yeni qələbələrə Sizinlə nail olacaqdır!" - UNEC-dən Prezidentə yazırlar

03.11.2020, 17:53
"İnanırıq ki, Azərbaycan xalqı yeni-yeni qələbələrə Sizinlə nail olacaqdır!" - UNEC-dən Prezidentə yazırlar

Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı,  Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini ifadə edir, ona minnətdarlıqlarını bildirirlər. 

Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının professor-müəllim heyətinin də dövlət başçısına ünvanladığı məktubi təqdim edirik:

 “Hörmətli cənab Prezident!

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının professor-müəllim heyəti Azərbaycan tarixinin ən şərəfli səhifələrinin yazıldığı hazırkı dövrdə bununla bağlı Sizə öz düşüncələrini, hədsiz sevincini, böyük hörmət və etiramını bildirməyi özünə böyük mənəvi borc və şərəf hesab edir.

Cənab Prezident! 

Biz bu günlərdə erməni faşizmi üzərində böyük zəfəri şərtləndirən başlıca amilləri qeyd etmək istərdik.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, dəyişən qlobal, milli reallaıqlara, şəraitə və tələbə uyğun olaraq Sizin tərəfinizdən yaradıcılıqla inkişaf etdirilən və reallaşdırılan iqtisadi inkişaf strateğiyası nəticəsində son illərdə Azərbbaycanda böyük iqtisadi, sosial, elmi-texniki, kadr, intellektual, maliyyə potensialı, infrastruktura yaradılmış, dövlətlə xalqın ahənğdar birliyi, həmrəyliyi təmin edilmişdir.

Bütün bunlar 30 ildən artıq bir dövrdə erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün ölkəmizdə müasir dünya texnika və texnologiyalarına əsaslanan hərbi güc və yüksək səviyyəli peşəkar ixtisaslı hərbi kadrlar ordusu hazırlağa imkan vermişdir. Məhz Sizin Ali Komandan olduğunuz dövrdə Azərbaycanın silahlı qüvvələri dünyanın 50 qüdrətli hərbi gücündən birinə cevrilmişdir.

Cənab Prezident!

Siz bu gün təkcə hərbi cəbhədə deyil, eyni zamanda siyasi, diplomatik, informasiya cəbhəsində məntiq və intellektual baxımdan da çox güclü siyasi lider kimi fəaliyyət göstərirsiniz. Siz və Sizin rəhbərliyinizlə Azərbaycan ictimaiyyətinin apardığı informasiya mübarizəsi ilə dünyaya sübut etdiniz ki, bizim müharibə ədalət, haqq mübarizəsidir. O, erməni şovinizminin miskin və şərəfsiz əməlləri ilə - başqa sözlə Xocalı, Gəncə və Bərdədə törədilən soyqırımlar kimi vəhşiliklərlə heç bir halda müqayisə edilə bilməz.

Sizin informasiya cəbhəsindəki fəaliyyətiniz hər bir Azərbaycan vətəndaşı kimi biz ziyalıları və müəllimləri də heyran edir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə verdiyiniz çoxsaylı müsahibələr, beynəlxalq səviyyələrdə görüşlərinizdəki söylədiyiniz çıxışlar, siyasi cəsarət və böyük intellektual potensiala və məntiqə malik olan müsahibələrin bir daha sizin cəsarətli siyasətçi, böyük intellektə və məntiqə malik olan bir şəxsiyyət olduğunuzu sübut edir. Biz belə hesab edirik ki, bir Prezident, Ali baş komandan kimi bu ərəfədə Sizin fəaliyyətiniz gələcəkdə iqtisadçı, siyasətçi və tarixçi alimlərin maraqlı tədqiqat obyekti olaçaqdır.

Cənab Prezident!

Sizin müsahibələrinizdə bir mühüm məsələ də təsdiqini tapdı ki, xarici dairələrdə - Soros “fabrikalarında” və başqa beynəlxalq avanturizm qərargahlarında süni yetişdirilən “pasınyana bənzər liderlər” yalnız dünyaya və xalqlarına bədbəxtlik və fəlakət gətirə bilərlər.

Eyni zamanda Siz bu mərhələdə öz fəaliyyətinizlə onu da sübut etdi ki, uca ideallar naminə - öz xalqının azadlığı, suverenliyi, ərazi bütövlüyü naminə mübarizə aparan lider fiziki və intellektual gərginliyin hüdudlarından yüksək olan gərginliklə çalışmağı da bacarmalıdır. Siz bunu böyük ləyaqət və məharətlə bacardınız. Bu fəaliyyətə heyran olmamaq mümkün deyil!

Cənab Prezident!

Biz sizinlə - erməni faşizmini darmadağın etməklə torpaqlarmızı işğaldan azad edən bir Prezident, Ali Baş komandanla fəxr edir və inanırıq ki, Azərbaycan xalqı yeni-yeni iqtisadi, siyasi və hərbi qələbələrə yalnız və yalnız Sizinlə nail olacaqdır!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol