Menu

SEPARATÇI REJİMİN “HÖKUMƏTİ” İRƏVANA QAÇDI! - Əhaliyə də müraciət olunub

04.11.2020, 17:38
SEPARATÇI REJİMİN “HÖKUMƏTİ” İRƏVANA QAÇDI! - Əhaliyə də müraciət olunub

Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası İrəvana köçürülüb. “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə separatçıların başçıları bildirib.

Qeyd olunub ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”

Qarabağdakı separatçı rejimin “rəhbəri” Araik Arutunyanın adından da “hökuməti”nin İrəvana köçürülməsi ilə bağlı vətəndaşlarına müraciət olunub.

“Facebook” hesabında qeyd olunub ki, bundan sonra sosial və inzibati xidmətləri (sosial ödəmələrin qəbulu, sənədlərin qeydiyyatı və digər xidmətlər).

Bildirilib ki, bütün bu xidmətlər bundan sonra Ermənistanın paytaxtı İrəvandakı Operativ Qərargahda görüləcək.

Bütün bunlar onu göstərir ki, artıq ermənilərin özlərinin yaratdığı qondarma respublika Ordumuzun uğurlu əməliyyatları nəticəsində öz işini Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndidə icra etmək əzmində deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatı Araik Arutyunyanın avtomobil kortejinin Azərbaycan Ordusu tərəfindən vurulduğunu açıqlayıb. Məlum paylaşımda isə Arutyunyan görünmür.

Şərhlər

Azər 2020-11-04 20:11:48

Biz sumqayit hadisələrinə qədər olan hadisəkəri dunya ictimaiyyətinə təfsilatı ilə çatdirmalıyiq

Xalq 2020-11-04 20:02:17

bunları Sibirə köçürtmək lazımdır ki, gözümüzə görsənməsinlər.

Bashirov Qarib 2020-11-04 18:04:15

Təlxək Paşinyan deyəcək ki,biz Şuşaya köçurtmək istəyirdik, vurub bizi hətta Xankəndindən vurub çıxartdılar.

Zaur 2020-11-04 17:49:59

Deyən lazımdır, siz kim olmusunuz ki, hələ bir sizin dəqondarma respublikanız da nə olsun? millət olaraq da, həmçinin, ermənistan respublikası olaraqda mikroskopik ünsürdülər!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol