Yerevanda prezident Serj Sarkisyanın istefası tələbilə keçirilən mitinqə 25 minədək adam toplaşıb. Aksiya dörd müxalifət partiyası tərəfindən təşkil edilib.
Erməni Milli Konqresinin nümayəndəsi Aram Manukyanın açıqladığı göstəricilərə görə, “hakimiyyəti qovmaq lazımdır”.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildə dünyanın 45 ölkəsində Ermənistandan miqrantların sayı 770 min nəfər təşkil edib.
“Bura qanunsuz miqrantlar daxil deyil. Bundan əlavə, bu il 400 min adam başqa ölkələrdə vətəndaşlıq alıb. Nikahların sayı kəskin şəkildə azalıb, boşanmalar artıb.
24 ildə təbii artım cəmi 1,1 mln. nəfər təşkil edib. Halbuki, qonşu Türkiyə və İranda təkcə ötən il milyondan çox uşaq doğulub. Hakimiyyətin ağılsız siyasəti nəticəsində Ermənistan yaşlanır, əhali azalır”, - Manukyan vurğulaylb.
“İnvestisiyalar kəskin şəkildə azalaraq bir ildə 62% təşkil edib. “Heç kim Saşik Sarqsyanı (prezidentin qardaşı) yedirtmək istəmir. Ermənistan qocalır, ölür. Əhalinin 83%-i xaricdə qohumlarının olduğunu bildirir. Bu, dəhşətdir, fəlakətdir. Belə davam edə bilməz. Dərhal hakimiyyət dəyişməlidir. Bizə Serj Sarqsyansız Ermənistan lazlmdır”, - Manukyan bildirib.
Bundan sonra toplaşanlar “Serjik, çıx get!” şüarını səsləndiriblər.
Mitinqin təşkilatçıları bidiriblər ki, etiraz aksiyası yaxın vaxtlarda davam edəcək. Mitinqçilərin tələbi əvvəlkidir – Serj Sarkisyanın istefası. /Turan


Şərhlər