Menu

“Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik” - Fuat Oktay

07.11.2020, 00:24
“Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik” - Fuat Oktay

Türkiyənin vitse-prezidenti Fuat Oktay növbəti dəfə Türkiyənin Azərbaycana dəstəyini ifadə edib. 

Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdə çıxış edən F. Oktay bildirib ki, hər zaman Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdırlar: “Müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır”.

“Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işğalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”, - deyə vitse-prezident bildirib.

Şərhlər

Tovuzdan Rizvan 2020-11-07 02:42:58

Prezdentt de, ordusuna da, esgerini de can qurban uqurlar

Vetendash 2020-11-07 01:18:30

Teshekkurler Turkiyem

Xalq 2020-11-07 01:06:01

Sağ ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol