2019-cu ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 5,359 milyon manat gəlir əldə edib.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 2,823 milyon manatı qeyri-birja, 2,536 milyon manatı isə birja əməliyyatlarından əldə olunub.
Ötən il kommersiya qurumunun xərci isə gəlirindən 446 min manat çox - 5,805 milyon manat təşkil edib. Bunun da 2,709 milyon manatı əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərclər, 2,227 milyon manatı sərf edilmiş materialların dəyəri üzrə xərclər, 492 min manatı amortizasiya xərcləri, 376 min manatı isə sair əməliyyat xərcləridir.
Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə “Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. 2014-cü ildə şirkət adını “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Onun nizamnamə kapitalı 1,125 milyon manatdır. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.


Şərhlər
Bu nazirliyin əksər qurumları bu gündədir xususəndə Azərpoçt mmc,son illərdə birdənədə olsun rabitəçi mütəxəsislərinə iş həvalə etməyiblər,əksinə onları qanunsuz işdən çıxardıb yerində rabitəyə sahəsi üzrə təhsili vətəcrübəsi olmayanları işə götürüblər,özüdə kütləvi şəkildə təkcə son iki ildə Azərpoçt mmc-də900 nəfər işə götürüblər bir o,qədərdə diplomlu təcrübəli işçiləri işdən qovublar.
Azerpoctda DANX-dan da berbaddir veziyyet. Zehmet olmasa arasdirin.
Nə qədər ki,dövlət idarələrinə bacarıqsız və dövlətini sevməyənlər rəhbərlik edəcəklər belə hallar olacaq.Belə işləyənlərdən ilin sonunda hesab sorulmalıdır.Öz adamlarını dövlət idarələrinə yığaraq yüksək maaş verir digər işçilərə ögüy münasibət bəsləyir və insanları dövlətdən narazı salırlar.