Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu dəqiqələrdə xalqa müraciət edir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra Şəhidlər Xiyabanında olublar, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın xatirəsini yad ediblər.
Prezident xalqa müraciətini də Şəhidlər Xiyabanından edir.

Hazırda AzTV vasitəsilə yayımlanan müraciətdə Ali Baş Komandan Şuşanın işğaldan azad olunduğu müjdəsini verdi!!!
"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!" - deyə Prezident bəyan edib.
Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Millətimizin, bütün Türk dünyasının gözü aydın olsun!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Qələbə bizimdir!"
AzPolitika.info

Şərhlər
Gözün aydın Azərbaycan. Gözün aydın ey ana vətən.. Ruhlarınız şad olsun şəhidlər. Şuşa, aç qollarını balan gəlir, elin gəlir. Biz gəlirik. Qarabağın bülbülləri gəlir. Gəlir ki, yenə havalansın Xanın səsi. Gözün aydın cənab Prezident. Həmişə demişdim. Qarabağın zəfər tarixini siz yazacaqsınız. Yazdıqca bu şanlı tarix, əyilən başlar dikəlir, alnımıza yazılan ləkə silinir, o torpaqları qanı ilə sulayan şəhidlərin ruhlar dinlənir. Alındıqca torpaqlar, biz bir daha erməni vandalizmin iç üzünü görürük. Lütfən alınan torpaqları işğaldan öncəki görüntüləri gəlsin ekranlara. Sonra da indiki görüntüsü. Görsün bütün dünya. Görsün ki, illərdir necə bir məxluqlara havadarlıq edibdir onlar. Bir şeyi də unutmayaq. Neçə ki, bu it bütün torpaqlarımızdan qovulmayıb bir daha çomaq əldən düşməsin. Belə bir genetik Türk düşmeni ilə qonşu olmaq, artıq haramdır bizə..
Siz Ulu öndərin,Respublika ağsaqqalların,vətənimizdə və dünyada yaşayan bütün Azərbaycanlıların vəsiyətini yerinə yetirdiniz.Yaşa,min yaşa cənab Prezident! Yaşasın Azərbaycan Ordusu!Yaşasın Azərbaycan xalqı! Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!
Bütün Azərbaycan xalqını Azərbaycan Ordusunu və Ali Baş Komandanımızı təbrik edirik!
Susa gozel diyar. Azadligin mubarek! O qeder sevincliyik ki. Inan mene indi butun Azerbaycan Qarabaglidir Susalidir Kelbecerlidir Lacinlidir. Sensiz Susa yarimciq olardiq. Usaq vaxti senden danisardilar atam anam nenem babam gozelliyinden danisardilar. Paxilligim tutardi ki onlar gorubler mense gormeyecem o gozelliyi. Sukur ki artiq azadsan insallah Allah deyen olsun gorecem o gozelliyi. Ilk once seni tebrik edirem Susam o isgalcilarin tapdagindan azad oldugun ucun. Eziz susalilar sizi tebrik edirem. Ali bas komandanimizi tebrik edirem. O olmasaydi biz ugur elde etmezdik. Onun siyaseti ordumuzun gucu Ve xalqin birliyi son ise Qelebe bizimdir!Qarabag Azerbaycandir!
Yaşasın Ali Baş Komandan, Prezidentlərimiz, Azadlıq və Müdafiəçi Ordumuz, bütün Azərbaycan əhalisi və bizimlə sevinən türk milləti! Qarabağa qayıdış bayramımızla Azadlıq mücahidlərimizin, Vətən şahidlərimizin RUHLARI şad olsun, qalanları sağ olsunlar! 32 il itirilmiş hüquqlarımızın uğürlü bərpa yolu, işləri çoxdur~
Gözün aydın AZƏBAYÇAN !!!
Eshq olsun Azerbaycan ordusuna. Eshg olsun Turkiyeye
Xalqımızın, millətimizin gözü aydın olsun!
Allah ordumuzu və Türk birliyini qorusun!
EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA! EŞQ OLSUN ALİ BAŞ KOMANDANA!
Eşq olsun bizim şanli müzəffər ordumuza və Ali Baş Komandan Cənab İlham Əliyev!! Qarabag Azərbaycandir!!!