Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya və Azərbaycanın Dağlıq Qarabağla bağlı razılaşması barədə KİV-dən xəbər tutub. Bu barədə “Sputnik Ermənistan” xəbər yayır.
Sarkisyan bu mövzuda heç bir müzakirə, məsləhətləşmə və danışıqda iştirak etmədiyini bildirib.
O qeyd edib ki, bölgədəki vəziyyət ümummilli əhəmiyyət daşıyır. Buna görə hər hansı bir qərar hərtərəfli məsləhətləşmələr və müzakirələr nəticəsində verilməlidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı müharibəni 10 noyabrdan etibarən dayandırmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, bölgəyə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.


Şərhlər
Görün, biznes-işğal maraqlı "HÜMAN" prezident də varmış? Makron, Rusiya onların dərdinə qalır, prezident isə gözü önündə-işğalda əhalisi məhv olur və geriyə çağırmır? Demir ki, özgə torpaqları da, mədəni-qızılı da, pomidoru, pambığı da özünə qalsın! Bizə bircə ayaq Sülh_Barışıq yolu versinlər?
Bu da adını prezident qoyub, rəhmətlik Nəsibə Zeynalova "Uşaqlığın son gecəsi" filmində Davuda deyir "kül başuva ala ey..." İndi bu əldəqayırma prezident də deyir mən KİV-dən eşitdim bu razılaşmanı...