Ermənistan rəhbərliyində Qarabağ məğlubiyyətinə görə məsuliyyətin “bir-birinin üzərinə atma” prosesi davam edir.
“AzPolitika.info” xəbər verir ki, bu dəfə Paşinyan niyə bir neçə gün əvvəldən razılaşdırılmaqda olan sənədin vaxtında cəmiyyətə açıqlanmadığına dair suala cavav verib. Baş nazir bildirib ki, razılaşma barədə daha əvvəl məlumat verilməsi “döyüş qabiliyyətini azalda bilərdi”.
Daha sonra Paşinyan bu qərarı ordunun təkidilə qəbul etdiyini bildirib: “Ordu deyirdi ki, dayanmaq lazımdır. Çünki elə suallar vardı ki, onların həlli perspektivi yox idi. Ona görə ki, resurslarımız tükənmişdi.”
Paşinyan deyib ki, cəbhədə bir aydan çox döyüşən hərbçilər vardı və onları əvəz edəcək resurslara malik deyildilər: “Hərbi resurslar hər şeydə effektiv deyildi. Öndə döyüşənləri əvəz edəcək qüvvə yox idi.”
Baş nazir əslində bu etirafları ilə Azərbaycan Ordusunun Ermənistan ordusunu sözün əsl mənasında məhv etdiyini, erməni tərəfinin böyük sayda itki verdiyini təsdiqləmiş olub.
Cəlal
“AzPolitika.info”

Şərhlər
Nə oldu paşolyan "Qarabağ ermənistandır, nöqtə" deyirdin, boyuva qəmiş tutum, bax o uzun qulağlarına birdəfəlik sırğa elə "QARABAĞ AZƏRBAYCANDIR!!!"
Ordu təkid etməsəydi guya Bakını da alacaqmış...
Orduları dayan dedi- erməni durdu... Bizim ordu dayan demədi, xalq dur (məktublarda dayan deyən yoxdur) demədi - biz niyə dayandıq?..
Öncə bütün 50 milyonluq soydaşlarımızı bu qələbə münasibəti ilə təbrik edirəm. Ali Baş komandanın vətənpərvərliyi və müzəffər şanlı ordumuzun mətinliyi qarşısında da baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar yazdıqları bu şərəfli tarixlə, Azərbaycan xalqı var olduqca yaşayacaqlar. Qaldı ermənilərə bu “millətlə” bir coğrafiyada yaşadığımız müddətdə çomağımız əlimzdən yerə qoymamalıyıq. Çünki bu millət genetik Türk duşmanlığı xəstəliyinə yoluxub və görünən də odur ki, bunun müalicəsi yoxdur. O ki qaldı Paşinyana bəlkə də bu adam ermənilərin içərisində ən axmaq adam idi ki, ermənilər kor qalıb onu hakimiyyətə gətirdilər. Bəzən “Qərb demokratiiyası” insanlara bax beləcə bədbəxtçilkilər də gətirir. Heç bir siyasi bilgi və təcrübəsi olmayan bir təlxək düşür ortaya, millət də ona əl çalıb alqışlayır. Sonu da bu.