Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan dövlət rəhbərlərini dəstəkləməyə çağırıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Vladimir Putin, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclası zamanı deyib.
“Həqiqətən də, sıx düyünlə bağlı olan bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq lazımdır. Bunun üçün isə ilk növbədə qərar verənlərdən cəsarət göstərmək tələb olunur. Bu baxımdan, əlbəttə, hamımız Ermənistanın Baş naziri cənab Paşinyan və Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevi bölgədəki vəziyyətin sülh yolu ilə inkişafı üçün şərait yaratmaq və Ermənistanla Azərbaycan xalqları arasında münasibətlərin uzunmüddətli qurulması mənafeyi naminə qərar vermək əzmini də dəstəkləməliyik”, - deyə V.Putin fikrini tamamlayıb.


Şərhlər
Pişik siçana deyir siçan qardaş o deşikdən çıx bu deşikdən gir siçan fikirləşir alə bunun canında ograşlıq yoxdursa niyə belə deyir indi torpaqlar azad olub təhlükəsizlik zəmanəti verilit nəsülənirsən qarabagda özündə Azərbaycan torpagına ərməni tərəfdən soxulursan Bakıdan getmək əvəzinə vaxt gələcək Краснодарская армянская республика sizə dərs verəndə gec olacaq
Adam nə qədər həyasız olarmış... Allah axırınıza çıxsın.
Bu putini qapıdan qovursan pəncərədən girir....
bu putin feyk uçağın vurulması ilə qoşununu soxdu Azərbaycana. Bu rus məndiyənini zülümnən çıxarmışdı Elçibəy. Təzədən girdi vətənimizə ...
Urusu o vaxt Elçibəy İsa Qəmbər bir təhər çıxarmışdırlar. Yenidən düşdük oda-alova
Hərlədi fırladı ordusunu soxdu torpaqlarımıza