"44 GÜNLÜK HƏRƏKATIN 44 İL DANIŞILACAĞINA ƏMİN OLUN" - "Bu əməliyyat bir oyanışdır..." +FOTOLAR/ VİDEO (Yenilənib)

Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”.

Bunu Bakıya səfər edən Türkiyə Müdafiə naziri Hulusi Akar söyləyib.

“Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. 

Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. 

Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fədan edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm.

Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”, - o vurğulayıb.

***

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Quru Qoşunlarının komandanı, ordu generalı Ümit Dündar və Hərbi Hava Qüvvələrinin komandanı, general Həsən Küçükakyüz ilə birlikdə Bakıda Azərbaycan Müdafiə Nazirliyini ziyarət edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, onları Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb.

Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən türkiyəli nazir Akar çıxışına Azərbaycan ordusunun Qarabağ zəfərini təbrik etməklə başlayıb. Sonra birlikdə hər iki dövlətin himnlərini oxuyublar.

O, Azərbaycanın “artıq yetər” deyərək öz ərazisinə hücumlara son vermək, torpaqlarını işğaldan azad etmək üçün apardığı döyüşlərin tarixə qızıl hərflərlə yazıldığını deyib və Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin “iki dövlət, bir millət” anlayışı ilə əbədi olaraq davam edəcəyini söyləyib.

Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasındakı qardaşlıq əlaqələrinin gündən-günə gücləndiyini vurğulayaraq, Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan qurtarmaq üçün 44 günlük əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq və cəsarətin təqdirəlayiq olduğunu bildirib:

“Azərbaycan ordusunun uğurları böyük hörmətlə qarşılanıb. Əldə edilən nəticə bizi çox xoşbəxt etdi. Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi”, - deyə hərbi qurumun rəhbəri vurğulayıb.

O, həmçinin, Qarabağ zəfərinin Ankara başda olmaqla, İstanbulda, İzmirdə, ümumiyyətlə, bütün Türkiyədə sevinc göz yaşları ilə qeyd edildiyini bildirib.

Türkiyə Milli Müdafiə naziri sözlərini Mustafa Kamal Atatürkü və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi rəhmətlə anmaqla yekunlaşdırıb.

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bu müddət ərzində verdiyi sonsuz dəstəyə görə Türkiyəyə təşəkkür edib.

635x100

Şərhlər

Xalq 2020-11-11 15:10:38

Hörmətli Hülusi bəy! Türk Ordusu niyə Laçın koridorunda rusların yanında deyil? Çox xahiş edirəm bu suala cavab verin.

Eldəniz 2020-11-11 12:52:02

Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır........Zakir Həsənov milli tariximizə qələbə generalı kimi düşdü .Allah Azərbaycan Ordusunu qorusun.. Allah vətən yolunda şəhid olanlarimiza rəhmət eləsin.Amin

Son yazılar