Menu

“CƏBHƏDƏKİ HƏRBÇİLƏR DƏ BU QƏRARI DƏSTƏKLƏYİR...” - Paşinyan kapitulyasiyanın səbəbləri barədə danışıb

11.11.2020, 13:01
“CƏBHƏDƏKİ HƏRBÇİLƏR DƏ BU QƏRARI DƏSTƏKLƏYİR...”  - Paşinyan kapitulyasiyanın səbəbləri barədə danışıb

Ermənistanın məğlubiyyətini əks etdirən razılaşmanı imzalayan baş nazir Nikol Paşinyan növbəti dəfə özünün “feysbuk” səhifəsində kapitulyasiyanın səbəbləri barədə danışıb.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan bu razılaşmanı imzalamayacağı təqdirdə tezliklə təkcə Xankəndinin deyil, Ağdərə iləƏskəranın da Azərbaycan ordusunun nəzarətinə keçəcəyini deyib: “İmzaladığımız sənədlə biz davam edəcəyimiz təqdirdə itirəcəyimiz şeyləri qazandıq. Stepanakert(Xankəndi-red.) əsas etibarilə müdafiəsiz qalmışdı. Müharibə davam etsəydi, böyük ehtimalla Stepanakertlə bərabər Martuni(Ağdərə-red.) vəƏskəranı da itirəcəkdik.”

Paşinyan deyib ki, bu halda bütünlükdə erməni birləşmələri mühasirədə qalacaqdılar ki, bu da fəlakət ola bilərdi. Baş nazir hətta cəbhədəki hərbçilərin onun bu qərarını dəstəklədiyini xüsusi vurğulayıb: “Nəticədə tam bir kollaps baş verəcəkdi. Məhz bu qiymətləndirməəsasında belə bir qərar verildi. Təsadüfi deyil ki, bu günlərdə cəbhədən onlarla hərbçi bu qərarı dəstəklədiklərinə dair videoroliklər göndərirlər. Bu, nədən xəbər verir? Ondan xəbər verir ki, onlar yerində vəziyyəti daha yaxşı anlayırlar. Həqiqət bundadır”.

Cəlal

AzPolitika.info 

Şərhlər

Qarabag Azerbaycandir! 2020-11-11 15:06:50

Insallah bu qerar bizim ucun sehv qerar olmaz. Gerek o rayonlari da alardiq. Onsuz da itirmisdik. Cox narahatam ki seheri gun onlar guclenib yene eyni seyi elemesinler. Gerek cooooooooox ehtiyatli olaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol