Menu

Paşinyan xalqa iki dəfə müraciət etdi, səsi eşidilmədi

12.11.2020, 13:56
Paşinyan xalqa iki dəfə müraciət etdi, səsi eşidilmədi

Ermənistanın baş naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.

“Report” xəbər verir ki, öz feysbuk səhifəsində canlı yayıma qoşulan baş nazirin səsi gəlməyib.

Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.

Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.

Daha sonra nazir hər ikisi canlı yayımı səhifəsindən silib.

Şərhlər

Görüb eşitməz daşnaqlara 2020-11-12 19:31:47

Gerçək rəzaləti görüb, eşitmək istəməyən özü bilər? O. çox ağır-acı olsa da daim gerçək vəziyyəti sona qədər doğrü, olduğu kimi səsləndirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol