Menu

Qarabağdakı vəziyyətlə bağlı Moskvada müzakirələr aparılacaq

12.11.2020, 16:07
Qarabağdakı vəziyyətlə bağlı Moskvada müzakirələr aparılacaq

Qarabağdakı vəziyyəti müzakirə etmək üçün ABŞ və Fransa nümayəndələri Moskvaya gələcəklər.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşü zamanı bildirib: “Rusiya BMT Təhlükəsizlik Şurasına Dağlıq Qarabağdakı atəşkəs razılaşmasını alqışlamağı təklif edib”.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri arasında imzalanmış birgə bəyanatla Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar dayandırılıb.

Şərhlər

t.ədalət 2020-11-12 22:54:05

Bu,çox təhlükəli oyundu.Qarabağın müzakirəsi niyə Moskvada,özü də fransa ilə aparılmalıdır?Nə isə.Rusiyanın missiyası ermənilərin xeyrinə davam edir.

t.ədalət 2020-11-12 20:13:39

Nə müzakirə?Qarabağ məsələsi bitməyibmi?Bu kalantaryan nə əvəzənkliyir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol