Menu

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa yola düşüb

13.11.2020, 15:55
Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa yola düşüb

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa uçub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Noyabrın 13-də 8 ədəd İL 76 hərbi nəqliyyat aviasiyası Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələr Ermənistandakı aerodroma 10-dan çox yüksək keçidli yük avtomobilləri, eləcə də 100-dən çox hərbçi aparıb.

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlıların sayı 1960 hərbçidən, 9 zirehli tranportyordan və 380 avtomobil və digər texnikalardan ibarətdir.

Şərhlər

Faoq 2020-11-13 22:14:53

Bu təyyarələr niyə Ermənistana gəlir? Azərbaycanda Qarabağa daha yaxın hava limanlar yoxdur? Gəncə,Qəbələ.hətta Bakı lıimanı...Burada bir qurğu olduğu görünmür?

t.ədalət 2020-11-13 16:38:19

Artıq 50 təyyarəsi gəlib.Daha bu sülhməramlı olmadı ki.Rusiya,görünür böyük bir işğaı ordusunu regiona yerləşdirit.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol