Ankarada Türkiyə ilə Rusiya hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Türkiyə KİV-i xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin bu barədəki açıqlamasına görə, tərəflər Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək çalışmalar və İdlib başda olmaqla Suriyadakı vəziyyətə dair texniki müzakirələrinin bugünkü hissəsini başa vurublar.
Danışıqların növbəti gün davam etdiriləcəyi bildirilir.
İlkin məlumata görə, Türkiyə ilə Rusiya sülhməramlılarının harada, hansı nöqtələrdə və necə yerləçəyi əsas müzakirə mövzusudur.


Şərhlər