Menu

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

15.11.2020, 18:17
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.

“Report” xəbər verir ki, Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi, buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb.

Şübhəsiz ki, Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur.

Qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Azərbaycan Ordusu hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.

Təəssüf ki, Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam edir, ərazidə əsl ekoloji terror törədilir və bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Şərhlər

Lətif 2020-11-16 14:15:50

SƏHV VƏ MƏNASIZ,OLDUQCA YERSİZ!

Cəmşid Dərələyəzli 2020-11-16 09:04:50

Ermənilərin bir xislətini də nəzərinizə çatdırım ki, ermənilər hansı torpağa ayaq basırlarsa kimliyindən asılı olmayaraq əlindən gələn hər kəsi bir xaç yonub torpağa basdırmağa görəvlidirlər. Çünki, onların "ideoloqları" onlarə başa salıb ki, bunu edin ki, gələcəkdə o torpaqlarda aparılan qazıntılarda o xaçlar üzə çıxacaq və o daşlarla sübut edəcəyik ki, bizim əcdadlarımız bu torpaqlarda yaşayıb. Yəni bu millətin hər üzünü tanıyın və bu itə görə çomağı əldən heç bir zaman verməyin. Bu çomaq neçə ki, bi itlə qonşu olacağıq daima əldə olmalıdır.

Xalq 2020-11-15 22:51:00

erməni indi də Kəlbəcərdə torpağa mina basdırmağa, meşələri qırmağa, evləri yandırmağa görə əlavə 10 gün vaxt istəyir. Bütün pislikləri hələ qurtarmayıb fikirləşsinlər daha nə pislik edə bilərlər.

Xalx 2020-11-15 21:20:36

Oz qoyduğunuz videodan ( odun daşınan) görünür ki, tıxac -zad yoxdur. Bakı-Sumqayıt yolu günün 16 saatı daha çox yüklü olur.... Sadəcə ruslar imkan yaradıb, unitazlarını da aparırlar.

Azər 2020-11-15 21:17:42

Odun , unitaz ,az qala evlərini söküb daşlarını da aparanda həm vaxt çatmaz, həm də yol yüklənər... Əvvəldən maksimum 1 gün vaxt verilsə idi , heç şalvarlarını da götürmək yada düşməyəcəkdi.

Samir Yanardağlı 2020-11-15 20:35:20

Yeridə şumlamağ istiyirlər

ejder 2020-11-15 19:54:19

malades,imkan verin torpaqida dawiyif ,aparsinlar,bu diqalar

Qasanaqa 2020-11-15 19:46:26

Bundan ötəri Azəbycana sağol deyən olmayacaq.

Kaku 2020-11-15 18:35:29

1993 de onlar bize vaxt vermemisdiler.verdikleri vaxt biten kimi ordunu yeridib yerde qalan ehalimizi qirdilar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol