PAŞINYANIN PARTİYASI DAĞILIR - Açıqlaması istefalara səbəb oldu

Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm”, - deyə bildirib.

Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini söyləyib.

“Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən Milli Məclisin deputatı kimi fəaliyyətimi tükənmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm”, - deyə Abrahamyan feysbuk səhifəsində yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib:

“Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə, dövlətin əsaslarını sarsıdan addımlar atırıq”.

635x100

Şərhlər

Xalq 2020-11-16 11:35:05

bizim üçün paşinyanın qalması xeyirdir ki, öhdəliklərinə əməl etsin.

vidadi goyce 2020-11-16 09:45:44

армяни пора понимать чтоб армяни ошибочный народ,являетесь грязным инструментом, в данном случае презервативом сороса и соловева, затулина и других олигофренов и умбицилов

Son yazılar