Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənMusavat.com-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
***
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağla bağlı və son proseslərlə əlaqədar fikir mübadiləsi aparıblar.


Şərhlər