Menu

Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

17.11.2020, 15:45
Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Mədət Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol