"QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR" - Putin bir çox suallara aydınlıq gətirən MÜSAHİBƏSİ + VİDEO (Yenilənib)

"Beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".  “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib.

Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb.

Prezident Putin deyib ki , Azərbaycan öz torpaqlarını qaytarır.

“Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımadı. Bu beynəlxalq hüquq baxımından nə anlama gəlir? Bu o deməkdir ki, Azərbaycan özünə məxsus torpaqları qaytarır, bütün dünya ictimaiyyəti də bu torpaqları Azərbaycan ərazisi hesab edir”, - deyə V.Putin bildirib.

O, qeyd edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir və lazım bildiyi kimi özünə müttəfiqlər seçmək hüququna sahibdir.

"Azərbaycan onun suveren ərazisində birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək”- deyə, Rusiya lideri Vladimir Putin bildirib.

“Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, - deyə V.Putin bildirib.

O, əlavə edib ki, Rusiya-Türkiyə mərkəzi onlayn rejimdə Qarabağdakı vəziyyətə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

“Biz pilotsuz uçuş aparatlarından istifadə edəcək birgə mərkəz yaradacağımız barədə razılığa gəlmişik. Birlikdə bu təyyarələrin köməyi ilə təmas xətti boyunca vəziyyətə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq, birlikdə təhlil edəcəyik və buna görə hazırda həqiqətən baş verənlərdən nəticə çıxaracağıq”, - deyə Rusiya lideri bildirib.

“Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz” - deyə,  Putin bildirib.

“Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”, - deyə V.Putin bildirib.

Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalını mümkün saymayıb: “Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar”.

Onun sözlərinə görə, razılaşmadan imtina böyük səhv olar.

635x100

Şərhlər

Roma 2020-11-18 15:15:10

Rusiya müharibə gedən günlərdə ermənistana silah verdiyini etiraf etdi və indiki halda status-kvo məsələsini asta-asta hallandırır, bu o deməkdir ki, erməninin mənafeyini güdür...

Vətəndaş 2020-11-18 08:07:33

Onun dediklərini tam eşitdikdən sonra belə başa düşmək olar ki vəziyyət tam bizim xeyrimizədir. Ancaq ehtiyyatlı olmaq lazımdır. Rusiya Putin indiki zəifliyindənmi təkləndiyindənmi ya Türkiyədən çəkindindənmi ya hansısa səbəbdən məcburən reallığı qəbul edib. Dediklərindən heç də xoşbəxt deyil,günahkar uşaq kimi danışır. İmkan vermək lazım deyil rus yenidən istədiyini eləsin

usta 2020-11-18 06:07:49

Bax bu basqa mesele.Putun qaqa bunu be de da.Biz biraz sakit olaq.

maryam 2020-11-18 04:31:12

Акар Русийанын башчысы бутун hадисаларин Сумгайытдан башладыгыны дейирса, 30 ил аввал бизим козумуз гаршысында баш веранлари тарсина изаh едирсан., биз Шенин. , Скобаева, Соловйов ва с. кимилардан на козлайа биларик.

Xalq 2020-11-17 23:50:09

fransa və rusiyanın imkanları olsa bizi təmiz qırıb torpaqlarımızı da erməniyə verər inanın allaha ki, bu belədir. Ona görə ermənilər uduzsalar da üstümüzə şeşələnirlər. Bizi yiyəsiz bilirlər.

t.ədalət 2020-11-17 22:21:12

Putin sözdə belə desə də işdə regionun təhlükəli işğalçısıdır.

Son yazılar