Menu

Hikmət Hacızadə vəfat edib

20.11.2020, 09:58
Hikmət Hacızadə vəfat edib

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi.

H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub.

Allah rəhmət eləsin!

Şərhlər

Vətəndaş 2020-11-20 15:37:38

Allah rəhmət eləsin. Çox təmiz insan idi

Rauf 2020-11-20 12:07:36

Nur içində yat, Azərbaycanın ləyaqətli oğlu!

miri 2020-11-20 10:38:35

Allah rəhmət etsin İNŞƏALLAH.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol