Rusiya Qarabağa hərbi mühəndislər göndərdi

Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi bölgəyə hərbi mühəndislər, texnika və avadanlıqların daşınmasını həyata keçirir.

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Moskva yaxınlığındakı Çkalovski aerodromundan İl-76 təyyarəsi havaya qalxıb.

Hərbi mühəndislər sülhməramlı əməliyyatın keçirildiyi rayonlarda ümumi istifadə olunan yolların və sosial infrastruktur obyektlərinin təmizlənməsində iştirak edəcək.

635x100

Şərhlər

Xalq 2020-11-22 18:34:24

bu ruslar nə qədər əsgər yığırlar Qarabağa? Dərə xəlvət tülkü bəy. Sonra bunları necə çıxaracaqsınız?

Vətəndaş 2020-11-22 13:20:31

itlə dost ol,çomağı əldən yerə qoyma

Son yazılar