"TÜRKİYƏ DAĞLIQ QARABAĞDA ƏDALƏTİ VƏ AZADLIĞI DƏSTƏKLƏYİR" - Ərdoğan

“Türkiyə NATO-nun Suriyada İŞİD terrorçularına qarşı mübarizə aparan yeganə ölkəsidir”.“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim ölkəmiz terrorizmin, münaqişələrin qarşısının alınması və sabitliyin təminatı təhlükəsinin aradan qaldırması üçün səy göstərir. Bir sıra dövlətlərin terrorizmin təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıqdan imtinasına baxmayaraq, Ankara öz qüvvələri ilə 9 minə qədər xarici muzduru - terrorçunu ələ keçirdi və öz ölkələrinə deportasiya etdi", - prezident deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün Türkiyə Suriyada, Liviyada, Aralıq dənizinin şərq hissəsində, İraqda, Fələstində və Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir. 

"Biz yalnız öz vətəndaşlarımızın və əhalimizin təhlükəsizliyinin təmin olunmasına can atmırıq, həm də regional səviyyədə sabitliyi və sülhü müdafiə edirik", - Ərdoğan deyib.

Türkiyə lideri vurğulayıb ki, dünyanın nizam sistemini, ümumbəşər dəyərlərini, həmçinin ədalət və təhlükəsizlik prinsiplərini nəzərə almayan uğur qazanmaq şansına malik deyil.

635x100

Şərhlər

Amon 2020-11-22 22:39:32

Basqan siz istiyirsiz onu bilirik amma rus istemir

Xalq 2020-11-22 22:03:20

Sağ ol! Ədalətli İNSAN ədaləti dəstəkləməlidir!

Son yazılar