“QULDURBAŞININ BÖYÜYÜ ÖZÜDÜR!” - Heydər Əliyev Köçəryanı nədə ittiham edib?

Azərbaycanın sabiq Xarici İşlər naziri, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev özünün “Feysbuk” səhifəsində 2001-ci ildə Prezident Heydər Əliyevlə Ermənistanın o vaxtkı başçısı Robert Köçəryan arasındakı bir dialoqa aid xatirəsini paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, sabiq nazir həmin dialoqda Heydər Əliyevin şair Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi ilə maraqlandığını bildirib.

Quldurbaşı Köçəryansa cavabında məqbərənin dağıdıldığını söyləyib.

V.Quliyev Heydər Əliyevin Köçəryanı şəxsən bu cinayətin törədilməsində ittiham etdiyini də qeyd edib.

Sabiq nazirin həmin paylaşımını diqqətinizə çatdırırıq: “Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“-По моей инициативе в Шуше над могилой Вагифа был построен мавзолей. Вагиф наш великий поэт. Был визиром, т.е. министром Карабахского ханства. Что с этим мавзолеем? Тоже разрушили?

-Пока мы опомнились, растащили алюминовые конструкции, мраморные блоки, а остов сохраняется.

-Надеюсь, вы руку не приложили?

-Что вы, Гейдар Алиевич…»

(«Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

-Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

-Nə danışırsınız, Heydər Əliyeviç...”)

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...”

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Vuqar 2020-11-23 23:28:33

Xatirladimki-bu-serefsiz-KOCERYANIN--atasi-azerbaycanli-olub!Atasi-rehmete-gedenden-sonra-anasi-ermeniye-ere-gedib-bu-kucuyede-dedelik-edib!

Eli 2020-11-23 18:47:06

Tarix bele şerfdiz millet yetişdirmeyin bunların içi dehşetli derecede murdardir bunlara heç vaxt inanmaq olmaz .Allah özü meqsöınds bunların cezasını verir..

Eli 2020-11-23 18:36:36

Alkah rehmet elesin Heyder Eliyeve çox böyük sebr sahibi idi ki ,Koçeryan Sarkisyan kimş seviyyesiz çaqqallarla faşistlerle görüşüb saatlarla söhbet efib mesele hell etmek isteyib.Bunlarda ne kişilik ne insanluq ne keyaqey me de namys var.Bunlar ki Qardaştan kimi bir fahişe ike fexr edirler bu onların seviyye göstericisidir.Ele derinde analiz edende millet özü de analıqı olmayan bir fahişe milletdir bunlarla kişi kimi dznışıb iş görmek qeti olmaz

Cəmşid Dərələyəzli 2020-11-23 15:00:51

Erməni vandalizmin barix nümunələri Bütün bu vandallıqlardan bir albom düzəldib göndərmək lazımdır erməniləri böyük baçısı Makarona (Fransanıb başçısı Makron demək istədim) ki, gör kiçik bacının uşaqları tarixi irsə necə sahib çıxıblar. Şarlatanlar.

Boris Ocaqov 2020-11-23 12:36:54

Cəlal bəy, Cənab V.Quliyev, niyə bizlər ölkə və xalqımıza qarşı özgə-düşmən CİNAYƏTlərə qarşı biğanəyikmiş? V.Quliyev, ya kimsə niyə terrora-hərbi genosidə qarşı cinayət işini, lazımsa İNTERPolisi cəlb etməyi yada salmayıb, tələb etməyib?

Son yazılar