ZORİ BALAYANI QAÇIRAN XÜSUSİ TƏYİNATLI - Qazi İlham Rüstəmovla VİDEOREPORTAJ

Biz 27 il dözdük, bu günü gözlədik və yenidən gəldik. Zərgər dəqiqliyi ilə əməliyyat keçirən, düşməni vəlvələyə salan igidlərin məqsədi bir idi: vətəni qorumaq.

Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən xüsusi təyinatlıların polis dəstəsinin zabiti, qazi İlham Rüstəmov qələbə çalacağımıza inandığını və fəxrlə Azərbaycan ordusuna dəstək olduqlarını bildirib. Birinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlardan qürurla danışan xüsusi təyinatlı, erməni quldur Zori Balayanı tutan qəhrəman kimi də tanınır.

635x100

Şərhlər

Vuqar 2020-11-24 11:56:17

İİ Dünya Müharibəsində sülh müqaviləsi bağlanmadı. Almaniya kaputuliyasiyanı imzaladı və məğlub olduğunu bildirdi. I Qarabağ müharibəsi ifadəsi düzgün ifadədir. II Qarabağ müharibəsi isə "Vətən Müharibəsi" adlanmalıdır.

t.ədalət 2020-11-23 20:19:11

Sülh müqaviləsi ilə tamamlanmayan müharibə bitməmiş qalır.Odur ki, "birinci","ikinci" Qarabağ savaşı ifadələri savadsızlıqdır.Biz dünyaya ağıl öyrədəsi deyilik ki?Bizim ermənilərlə savaşımız başlayıb,amma hələ də sülh müqaviləsi bağlanmayıb.Sadəcə olaraq,ortada "Bəyanat" var.

Son yazılar