DÜŞMƏNİN KƏŞFİYYAT BATALYONU KƏLBƏCƏRDƏN ÇIXIR - Komandiri yenə müharibə olacağını deyir

Kəlbəcər rayonu 9 noyabr üçtərəfli razılaşmasına əsasən bir neçə saat sonra, noyabrın 25-i saat 00.00-dan etibarən düşmən tərəfindən boşaldılmalı və Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda Kəlbəcərin işğalından sonra orada qanunsuz yaşayan mülki işğalçılar və düşmən ordusunun qalıqları rayonu tərk etməkdədir. Virtualaz.org xəbər verir ki, Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdiləri haqda reportajlar hazırlayan amerikalı jurnalist-bloqer Patrik Lankaster Ermənistan ordusunun kəşfiyyat batalyonunun kazarmasını necə boşaltmasından bəhs edir.

Bu həmin jurnalistdir ki, müharibə başlayandan bəri Qarabağda dolaşır və ermənilərin “əzab çəkdikləri barədə” reportajlar hazırlayıb YouTube kanalında yayır. O, hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də görünür sonradan ermənilərin verdikləri ianə hesabına yenidən Qarabağa dönüb və bu dəfə “erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları” barədə reportajlar hazırlamaqla məşğuldur. Başqa sözlə, bu amerikalı Qarabağdan Azərbaycan əleyhinə qızışdırıcı, təxribat mahiyyətli reportajlar hazırlayıb yayan rusiyalı jurnalist “WarGonzo” layihəsinin müəllifi, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində cinayət işi qaldırıb axtarışa verdiyi Semyon Peqovun oxşarıdır. Amma nədənsə Azərbaycan hüquq-mühafizə orqanları hələ ki, Lankasterin fəaliyyətinə diqqət yetirmirlər.

Hərçənd onun reportajlarında düşmənin fəaliyyətləri və işğal etdiyi ərazilərdən çəkilərkən nələr törətdiyi haqda faktları da görmək mümkündür.

Beləliklə, amerikalı jurnalist bu dəfə Kəlbəcərdə düşmənin kəşfiyyat batalyonun qarşısında dayanıb və erməni hərbçilərinin öz kazarmalarını necə boşaldıb əşyaları maşına yüklədiyini nümayiş etdirir. Batalyonun komandiri, kapitan Varkis Bagdasaryan deyir ki, onlara Kəlbəcəri tərk etmək üçün noyabrın 25-nədək vaxt veriblər. Ona görə də indi kazarmanı boşaldırlar.

O, müharibənin necə başladığını danışır. Deyir ki, sentyabrın 27-də Azərbaycan ordusu bütün silahlardan, o cümlədən təyyarələrdən, artilleriyadan, raketlərdən istifadə edərək Ermənistan ordusunun bazalarını vurmağa başladı. Kadrlardan görünür ki, həmin batalyon da ordumuzun zərbələrinin təsiri altına düşüb, amma bina əsasən salamatdır. Düşmən əsgərləri isə sökülüb daşınması mümkün olan hər şeyi söküblər.

Özünün dediyi kimi “6 il yarımdır Kəlbəcərdə xidmət etdiyini” deyən Bagdasaryan nə vaxtsa yenə müharibə olacağına da inanır.

635x100

Şərhlər

Vaqif 2020-11-24 19:06:54

Bu bədxah millət iddia edirki, dünyada ən qədim xalqdır,bunlara bir sual verən yoxdur ki,nə qədər qədimsiniz ki, dünyada cəmi 12 milyonsunuz, o da əgər inanan olsa!!!!

Azər 2020-11-24 17:59:34

Kəlbəcərdə rusların tapşırığı ilə ermənilərə 10 gün əlavə vaxt verəndə , şərt qoyulmalı idi ki, dığalar rədd olandan sonra, 1 dənə mina olsa ruslar, 3 günə Azərbaycandan rədd olmalıdırlar...

veteran 2020-11-24 16:41:06

Azərbaycan (OĞUZ) türkləri başda olmaqla bütün QAFQAZ xalqları yerli-köklü xalqlardır.Haylar nə bilim hansısa qaraçı tayfası Hindistanın ən geridə qalmış zir-zibilləri bura gəlmədilər.İnşaallah yaxın gələcədə orayada rədd olacaqlar.

t.ədalət 2020-11-24 16:13:47

Düşmənin kəşfiyyat taborunun gec çıxması o deməkdir ki,Rusiya onlara şərait yaradıb ki,Kəlbəcəri minalaya bilsinlər.

Son yazılar