“PUTİN VƏ ƏRDOĞAN QƏRBƏ QARŞI ALYANS YARADIBLAR” – “Qarabağ istiqamətində də stabil əməkdaşlığa nail ola bilirlər...”

Rusiyanın prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan sıx həmkarlıq münasibətləri saxlayırlar və digər dövlətlər buna şübhə ilə baxırlar. Onlar, necə deyərlər, rəğbət bəsləmədikləri «Qərbə qarşı alyans» yaradıblar.

Ancaq son vaxtlar münasibətlər bir qədər soyusa da iki ölkənin liderləri yenə də ümumi dil tapa bilirlər. Bu barədə Frank Heroldun «Der Tagesspiegel» nəşrində dərc olunmuş məqaləsində söhbət açılır.

Türkiyə üçün Rusiya başlıca qaz tədarükçüsü və ilk atom elektrik stansiyasının tikintisini həyata keçirən ölkədir. Ankara da öz növbəsində, Moskvanın enerji siyasəti üçün («Türk axını» laihəsi) mühüm strateji əhəmiyyət kəsb edir.

İqtisadi münasibətlər planında Moskva Ankaraya böyük təsir gücünə malikdir, nədən ki, Rusiyaya Türkiyə idxalı ötən il 21 milyard dollar təşkil edib, əks tərəfə isə cəmi 3 milyardlıq məhsul ötürülüb. Turizm sferasında da Türkiyə Kremldən xeyli asılıdır. 

Amma 2015-ci ildə Suriyada müharibə başlayanda Putin və Ərdoğan cəbhənin müxtəlif tərəflərində yer aldılar. Moskva Suriya lideri Bəşər Əsədi hakimiyyətdə saxlamaq, Ankara isə onu devirmək istəyirdi. Tezliklə iş cəbhələşməyə gəlib çatdı: Türkiyə HHQ Rusiya bombardmançı təyyarəsini vurdu.

Bundan sonra, barışıq üçün Putin və Ərdoğana uzun vaxt lazım gəldi. Barışıq isə ona görə baş tutdu ki, Suriyada kürdlərə qarşı hərbi əməliyyatlar həyata keçimək üçün Türkiyə prezidentinə dəstək lazım idi. Kremlin başçısı bu məsələdə Amerika Birləşmiş Ştatlarını (ABŞ) bölgədən sıxışdırmaq imkanlarını gördü və öz razılığını verdi. Amma İdlibdə Rusiya və Türkiyə özlərinin fərqli maraqlarını razılaşdıra bilmədilər. Putin istəyir ki, Əsəd bu əyaləti azad etsin, Ərdoğan isə buna qarşı çıxış edir.

Liviyada Moskva və Ankara yenə də barrikadanın müxtəlif tərəflərində dayandılar. Türkiyə Aralıq dənizində öz təsir dairəsini genişləndirmək istəyir və Tripolidəki Milli Razılıq Hökumətini dəstəkləyir, Rusiya isə üsyançı marşal Xəlifə Həftara kömək edir.

Polkovnik Mühəmməd Qəddafinin devrilməsi Rusiya üçün maliyyə baxımından ağrılı zərbə oldu, axı Moskva ona 4,5 milyard dollar məbləğində kredit vermişdi - neft-qaz hasilatı və dəmir yolu xətti çəkmək üçün. 

Hakimiyyət dəyişdikdən sonra, Türkiyə yeni hökumətlə oxşar kontrakt bağladı, Rusiya isə kənarda qaldı. Amma buna baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı Lviyada da işləkdir.

Dağlıq Qarabağ münaqişəsinə yönəlik Ankara və Moskva müxtəlif tərəflərdə dayandılar - Ərdoğan Azəbaycanı, Putin isə Ermənistanı dəstəklədi. Uzun müddət barışıq əldə olunmadı, amma «geosiyasi baxımdan ciddi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə bu istiqamətdə də təəccüb doğuracaq dərəcədə yüksək və stabil əməkdaşlığa nail ola bilirlər».

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2020-12-03 11:43:55

Allah qüvvət versin!

hn55 2020-11-25 21:25:08

Пашинян доказал всему миру, особенно армянам , что он крепкий Грецкий орешек. Молоток!

Son yazılar