KƏLBƏCƏRLİLƏRİN ƏRDOĞAN SEVGİSİ TÜRKİYƏ MEDİASINDA - VİDEO

Türkiyənin “AHaber” telekanalı 27 illik işğal sona çatdıqdan sonra el-obalarına qovuşma sevincini yaşayan kəlbəcərlilərin bayram əhvalını ekranlara daşıyıb.

Gəncədən canlı bağlantı ilə əlaqə yaradılaraq, kəlbəcərlilərin hər zaman Azərbaycanı dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sevgiləri dilə gətirilib.

Görüntülərdə dörd qardaşı vətənə xidmət edən bacı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və bütün əsgərlərin sağ-salamat geri qayıtmasını diləyib.

Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

t.ədalət 2020-11-25 20:35:19

Kəlbəcərlilərin bu çıxışları gözümüzü yaşardır.Vətənimizin kişiləri kimi qızlarının da qəhrəmanlıq nümayiş etdirməsi adamı kövrəldir.Yadımdadır,Ağdamın Mərzili kəndi də boşaldılan ərəfədə gəlinlər-qızlar bizə müraciət edib ermənilərlə döyüşmək üçün silah istəyirdilər.Tanrı millətimizi qorusun!

Xalq 2020-11-25 19:39:43

Türkiyəmiz sağ olsun!

Son yazılar