Menu

“Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” - Fransa səfiri

26.11.2020, 13:25
“Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” - Fransa səfiri

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Report”a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib.

- Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz?

- Fransanın hökümət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

- Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər?

- Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək.

- Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu?

-Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir.

Şərhlər

Vetendash 2020-11-27 00:05:46

Fransa sefirini olkemizden qovmaq lazimdir

Xalq 2020-11-26 17:32:03

səfir qeyri-səmimidir, o yalan danışır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol