ARAİKİN MOSKVA SƏFƏRİNİN PƏRDƏARXASI... - "Rusiya separatçı rejimi diriltmək istəyir"

Qarabağ separatçılarının qondarma “lideri”, terrorçu Araik Arutyunyan Rusiyaya məxfi səfər edib. Yada salaq ki, o, Ermənistan baş naziri Nikol Paşinyanın ən yaxın adamıdır. Ötən həftə də İrəvanda onunla görüşəndən sonra qəfil Moskvaya getməsi suallar doğurub.

Ermənistan mətbuatında iddia olunur ki, onu Samvel Babayanla əvəz etmək istəyirlər. Başqa bir iddia da isə deyilir ki, Araik Paşinyanın hansısa gizli mesajını Moskvaya aparıb. Onun qalması və ya dəyişməsi nəyə təsir edəcək? Məğlubiyyətdən sonra Moskvada kim(lər) onunla görüşə bilər və anlamı nə ola bilər?

Politoloq Qabil Hüseynli bildirdi ki, Araik Arutyunayn cinayətkardır və Baş Prokurorluq onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verib. Belə bir cinayətkarın Moskvaya səfər etməsinə Rusiya hakimiyyəti imkan yaratmamalıdır. Hətta kimlərinsə dəstəyi ilə Araik Moskvaya gedibsə, Rusiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa əsasən, borcudur ki, onu saxlasınlar və Azərbaycana təslim etsinlər: “Amma təəssüf ki, bunu görmürük. Əksinə, Rusiyada müəyyən dairələr cidd-cəhdlə qondarma separatçı rejimi diriltmək istəyir. Araik Arutyunyanın Moskvaya səfəri bununla bağlıdır. Dağlıq Qarabağ adlı qurum artıq mövcud deyil və onun lideri də ola bilməz. Vladimir Putin də artıq neçənci dəfədir deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Araik isə özünü hələ də Azərbaycanın tərkib hissəsi olan bir ərazinin ”lideri" elan edir və Moskvaya bu sifətlə gedir. Bu məsələyə Kreml yəqin ki, bir aydınlıq verməli və münaqişəni alovlandıra biləcək addımların qarşısı alınmalıdır. Araikin Paşinyanın təlimatları ilə hərəkət etdiyinə və Moskvaya da onun məsləhəti ilə getdiyinə şübhə yoxdur.

Onun yerinə Samvel Babayanın gətiriləcəyi barədə Ermənistan mediasının yazdıqlarına gəlincə, Araikin yeri var ki, kimisə də onun yerinə gətirsinlər? Erməni mediası, sadəcə, “odu söndürüb külü ilə oynamaqla” məşğuldur. Birdəfəlik bilmək lazımdır ki, Dağlıq Qarabağ adlı struktur, qurum və onun başçısı mövcud deyil, onların üstündən xətt çəkilib".

Politoloq Əhəd Məmmədli də musavat.com-a bildirib ki, artıq nə qondarma ”DQR",  nə də onun  “prezidentliyi” var: "Əgər Rusiyada hansısa dairələr erməni ekstremistləri, separatçıları ilə bu cür oyunları oynamağa davam etsə, təcili surətdə Azərbaycan xəbərdarlığını edib ordusunun Xankəndinə yeridib birdəfəlik bu ilan yuvasını darmadağın etməlidir. Araikin səfərindən çıxan nəticələrin biri odur ki, Moskvada müəyyən dairələr Qarabağda erməni ekstremist-terrorçu rejimini qoruyub saxlamaq istəyir. Buna qəti şəkildə imkan vermək olmaz. Bu oyuna son qoymaq lazımdır. Bakı bu prosesi diqqətli izləyib mane olmalıdır".

635x100

Şərhlər

MƏZAHİR 2020-11-27 16:54:22

Dağlıq Qarabağ söhbəti,ifadəsi bitməli və bir Qarabağ adı qalmaldır.İkinci tərəfdən XANKƏNDİNİN İDARƏ EDİLMƏSİNƏ aZƏRBAYCAN ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏLİDİR.oRADA ERMƏNİSTANIN ÜSUL İDARƏSİNİN QALMASINA YOL VERMƏK NÖVBƏTİ MÜHARİBƏLƏRƏ RƏVAC VERƏ BİLƏR.xANKƏNDİ VƏ ƏTRAF RAYONLARININ İDARƏSİ AZƏRBAYCANA KEÇMƏLİDİR..

B.Qarabağlı 2020-11-27 15:43:25

Elələrini və havadarlarını milyonlarla azərbaycanlı ailələrin ilkin insan hüquqlarından Ermənistan MİLİSİNİN, DQMV HƏRBİ TERRORçularının CİNƏYATKARca 32 illik məhrumiyyətə görə Azərbaycan Ali, Avropa İnsan Hüquqları Məhkəmələri, Qəhrəman prezidentlərimiz mühakimə edər (və ya dirildə bilərlər)!? adi insa

t.ədalət 2020-11-27 13:56:10

Araik Arutyunyan Putinin yetişdirdiyi bir terrorçudur.Putin onu qoruyacaq və yenidən Azərbaycana qarşı təzyiq kimi istifadə edəcək.Yaxşı ki putinçiləri Paşinyan təqib edir.Ona görə də Araik şefi ilə məsləhətləşmək üçün Moskvaya gedir.Hələ ki gec deyil Azərbaycan tərəf Türkiyənin Qarabağa daxil olması üçün qərar qəbul etməlidir.Yoxsa,Xankəndinə otuz mindən artıq terrorçu gətirən Putin qələbəmizi həqiqətən oğurlayacaq.Putinin hazırkı əməli belə deyir.

Türk 2020-11-27 12:55:00

Elə də olmalıdır. Nə ağılla Rusun ora elə rahat girməyinə imkan verildi?

Son yazılar